Azərbaycan Prezidenti İlham Əliyev Sinqapurun xarici işlər naziri Corc Yonq-Bun Yeonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 19-da Sinqapurun xarici işlər naziri Corc Yonq-Bun Yeonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

{nl}

Dövlətimizin başçısı Azərbaycan ilə Sinqapur  arasında münasibətləri daha da inkişaf etdirmək üçün qarşılıqlı marağın və yaxşı potensialın olduğunu vurğuladı. Prezident İlham Əliyev əməkdaşlığımızın perspektivlərini müzakirə etmək üçün Sinqapurun xarici işlər naziri Corc Yonq-Bun Yeonun Azərbaycana səfərinin yaxşı imkan yaratdığını qeyd etdi və əminliklə bildirdi ki, bu səfər ölkələrimiz arasında münasibətlərin sürətlə inkişaf etdirilməsi işinə xidmət edəcək.

{nl}

Azərbaycana səfər edən ilk sinqapurlu nazir olduğunu deyən Corc Yonq-Bun Yeo ölkəmizə səfərindən məmnunluğunu bildirdi. O, Sinqapur Prezidenti Sellapan Rama Natananın Azərbaycan Prezidenti İlham Əliyevi Sinqapura dövlət səfərinə dəvət edən rəsmi məktubunu dövlətimizin başçısına təqdim etdi.

{nl}

AzərTAc 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında