Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyi "Cihaz" İstehsalat Birliyinin "Sənayecihaz" Elm-İstehsalat Mərkəzini yenidənqurmadan sonra işə salmışdır

Martın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin "Cihaz" İstehsalat Birliyi "Sənayecihaz" Elm-İstehsalat Mərkəzini yenidənqurmadan sonra işə salmışdır.
Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoydu.
Müdafiə sənayesi naziri Yavər Camalov müəssisədə aparılan yenidənqurma işləri barədə dövlətimizin başçısına məlumat verdi. Qeyd edildi ki, son iki ildə müəssisədə 6,5 min kvadratmetrlik istehsalat sahəsi, inzibati binalar yenidən qurulmuş, infrastruktur müasirləşdirilmiş, əsaslı abadlıq və yaşıllaşdırma işləri həyata keçirilmişdir.
Sonra nazir səhra şəraitində xidməti heyət üçün zəruri olan avadanlığı dövlətimizin başçısına təqdim etdi. Bildirildi ki, yedəyə qoşulan sutəmizləyici qurğu səhra şəraitində 1 saatda 600 litr adi suyu və ya 500 litr duzlu suyu tam təmizləyərək içməli vəziyyətə gətirir. Səhra şəraitində olduqca mühüm əhəmiyyət kəsb edən yedəyə qoşulan mini çörək sexində 1 saat ərzində 100 qramlıq 1000, 200 qramlıq 500 çörək bişirmək mümkündür. Çörək sexini xidməti heyətdən 2 nəfərin işlətməsi yetərlidir. Mətbəxdə 2 saat ərzində 4 çeşiddə yemək hazırlamaq mümkündür. Ehtiyac yaranarsa, səhra mətbəxində sutəmizləyən və çörəkbişirən avadanlıq da quraşdırmaq olar. Bu qurğu 400 nəfərin qidalanmasına imkan verən bütün zəruri avadanlıq və mətbəx əşyaları ilə təchiz edilmişdir. Səhra sanitar qovşağı da müasirliyi və praktik xüsusiyyətləri ilə seçilir. Qurğu 1 saatda 2 ton 500 litr suyu isidir. Kondisioner sistemi ilə təchiz olunan qovşağın xidmətindən bir saatda 45 nəfər istifadə edə bilər. Bütün bu qurğuların dizel yanacağı ilə işləməsi olduqca vacib əhəmiyyət kəsb edir.
Sonra Prezident İlham Əliyev mərkəzi işə salan düyməni basdı, müəssisə barədə qısa filmə baxdı.
Məlumat verildi ki, "Sənayecihaz" Elm-İstehsalat Mərkəzi 1956-cı ildə yaradılmışdır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1993-cü ildə müəssisə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyinə verilmişdir. Müdafiə Sənayesi Nazirliyi yaradılandan sonra "Sənayecihaz" Elm-İstehsalat Mərkəzinin istehsal sahələrinin bərpa olunması və yenidən qurulması üçün kompleks tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Prezidenti müəssisədə istehsal olunan məhsulların sərgisi ilə tanış oldu. Qeyd edildi ki, bu məmulatlar ən müasir standartlara cavab verir və rəqabətədavamlıdır. 2008-2010-cu illərdə "Sənayecihaz" Elm-İstehsalat Mərkəzində 56 müasir avadanlıq quraşdırılmışdır. Bu avadanlığın bir qismi ən son elmi-texniki yeniliklərə əsaslanan proqram təminatlı dəzgahlardır. Bunlar universal torna, frez, lazerlə kəsmə və pardaqlama dəzgahları, həmçinin şaquli emal mərkəzi, hidravlik presslər, kompressorlar və digər avadanlıqlardır. Yeni yaradılan istehsal sahələrində seysmik prinsipli mina partladıcısının istehsalı nəzərdə tutulmuşdur. Həyata keçirilən kompleks tədbirlər nəticəsində son 2 ildə əvvəlki illərlə müqayisədə mərkəzdə müdafiə təyinatlı məmulatın istehsalı bir neçə dəfə artmışdır. 2010-cu ildə müəssisədə seysmik prinsipli mina partladıcısının və bir neçə adda yaxın məsafəli döyüş vasitələrinin ehtiyat hissələrinin istehsalı həyata keçirilmişdir. Güc strukturlarının sifarişləri vaxtında və keyfiyyətlə yerinə yetirilmişdir.
Prezident İlham Əliyevə yaxın müddətdə reallaşdırılması nəzərdə tutulan tədbirlər barədə məlumat verilərkən qeyd olundu ki, 2011-ci ildə müəssisədə 5 adda yeni növ müdafiə təyinatlı məmulatın istehsalı qaydaya salınacaqdır. Bundan başqa, müəssisədə neft sənayesi üçün maye sayğacı, adi və smartkartla işləyən qaz və su sayğacları, sərfiyyatölçən və digər mülki təyinatlı məhsulların istehsalının genişləndirilməsi qarşıya məqsəd qoyulmuşdur.
Vurğulandı ki, yaradılan yeni istehsal sahələrində əlavə olaraq 70 iş yeri açılacaqdır ki, bununla da işçilərin ümumi sayı 250 nəfərə çatdırılacaqdır. Kompleks yenidənqurma tədbirləri işçilərin orta aylıq əməkhaqqının artırılmasına da imkan yaradır.
Yenidənqurma işləri ilə tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı, ölkəmizin müdafiə sənayesinin potensialının daha da möhkəmləndirilməsi ilə bağlı tapşırıqlarını verdi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında