Müdafiə Sənayesi Nazirliyi "Şərq" İstehsalat Birliyinin yeni "AZAD Systems Co." müəssisəsi istifadəyə verilmişdir

Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir
Martın 3-də Müdafiə Sənayesi Nazirliyi "Şərq" İstehsalat Birliyinin yeni "AZAD Systems Co." müəssisəsi istifadəyə verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir.
Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoydu.
Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi.
Müəssisə ilə tanış olan dövlətimizin başçısı burada xaricdən gələn mütəxəssislərlə görüşdü. Prezident İlham Əliyev onlarla birlikdə müəssisədə istehsal edilən məhsulların nümayiş olunduğu filmə baxdı.
Azərbaycan Prezidentinə pilotsuz təyyarənin maketi hədiyyə olundu.
Müdafiə sənayesi naziri Yavər Camalov dövlətimizin başçısına məlumat verdi ki, müəssisədə işçilərin fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. "AZAD Systems Co." müəssisəsinin də daxil olduğu "Şərq" İstehsalat Birliyində son bir neçə ildə geniş tikinti və yenidənqurma işləri aparılmışdır. Son üç ildə müəssisədə 5 istehsal sahəsi yaradılmış, müasir texnoloji avadanlıq quraşdırılmışdır.
Müəssisə ilə tanışlıq zamanı Prezident İlham Əliyevə bildirildi ki, burada müasir tipli məsafədən idarə edilən pilotsuz uçuş aparatları istehsal olunur. Pilotsuz uçuş aparatları bir çox texniki-iqtisadi üstünlüklərə malikdir. Uçuş aparatında heyətin olmaması, çəkilən xərclərin azlığı, insanın fiziki qabiliyyətindən artıq texniki manevrlər etmək xüsusiyyəti və digər məsələlər bu üstünlüyü şərtləndirən əsas amillərdir.
Kompozit materialları sahəsində iş prosesi ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, "Orbitr-2M" və "Aerostar" pilotsuz təyyarələrinin hissələri burada hazırlanır. Bunun üçün xüsusi qəliblərdən istifadə olunur və istehsal prosesi xüsusi dəqiqliklə yerinə yetirilir. Kəsmə-biçmə sexində də hər cür şərait yaradılmışdır. Təyyarələrin hazırlanmasında istifadə olunan materiallar bu sexdə kəsilir, biçilir və aidiyyəti üzrə müvafiq istehsal sahələrinə yönəldilir.
Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin muzeyində saxlanmaq üçün hazırlanmış pilotsuz təyyarənin qanadını imzaladı.
Mühərrikyığma sexində dövlətimizin başçısına müəssisədə hazırlanan pilotsuz təyyarələrin digər texniki göstəriciləri barədə məlumat verildi. Bildirildi ki, "Orbitr-2M" təyyarəsi 4-6 kilometr hündürlükdə 4-5 saat uça bilir. "Aerostar" təyyarəsi isə 10 kilometr yüksəklikdə 12 saat fasiləsiz uçur.
Prezident İlham Əliyevə pilotsuz təyyarələrin hissələri və "Orbitr-2M" təyyarəsinin yerüstü idarəetmə mərkəzi barədə də məlumat verildi.
İdarəetmə mərkəzinin fəaliyyəti ilə tanış olan Azərbaycan Prezidentinə məlumat verildi ki, bu qurğu hazır məhsulun keyfiyyətini yoxlamaq, bir növ onun sınağını keçirməklə yanaşı, pilotsuz təyyarələrin idarə olunmasının texniki xüsusiyyətlərini də özündə əks etdirir. Kəşfiyyat tapşırıqlarını və yerdən verilən komandaları yerinə yetirmək imkanına malik olan bu aparatlar uçuş məsafəsinə və enməsinə görə aerodrom tipli platformalardan start götürmək, aerodroma və yaxud paraşüt vasitəsilə enmə qabiliyyətinə malikdir. İnformasiyanın ötürülməsi xüsusi avadanlığın köməyi ilə yerinə yetirilir.
Sonra gələcəkdə Azərbaycanda istehsalı nəzərdə tutulan "Diamond DA-42" dörd yerlik sərnişin təyyarəsinin təqdimatı oldu. Dövlətimizin başçısına təyyarənin texniki göstəriciləri barədə məlumat verildi.
Müəssisə ilə tanış olan Prezident İlham Əliyev burada yaradılan şəraitdən razılığını bildirdi və kollektivə uğurlar arzuladı.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında