Toni Bleyer Albaniya hökumətinin məsləhətçisi olacaq

 

 

Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer Albaniyanın gələcək hökumətinin məsləhətçisi olmağa razılıq verib. Bu barədə “Lenta.ru” məlumat yayıb.

Bleyeri bu vəzifəyə Albaniya Sosialist Partiyasının lideri Edi Rama dəvət edib. Məsələ ilə bağlı Ramanın Londona səfəri zamanı razılıq əldə olunub. Bu barədə albaniyalı siyasətçi özünün tvitter səhifəsində məlumat yazıb və Britaniya hökumətinin keçmiş başçısı ilə görüşü “fantastik” adlandırıb.

Plana əsasən, Bleyer Albaniyanın Avropa İttifaqına daxil olması ilə bağlı islahatlar aparılmasına kömək edəcək. Sosialist Partiyasının nümayəndəsi Bleyerə nə qədər qonorar veriləcəyini açıqlamayıb, ancaq əvvəllər imzalanmış kontraktlara əsasən demək olar ki, britaniyalı siyasətçi bir neçə milyon funt sterlinq alacaq.

Qeyd edək ki, Bleyer əvvəllər Qazaxıstan, Küveyt, Braziliya və Kolumbiya hökumətləri ilə əməkdaşlıq haqqında müqavilələr imzalayıb. Qazaxıstanla əməkdaşlıqdan o, qeyri-rəsmi məlumatlara görə, ümumilikdə 16 milyon funt sterlinq, Braziliya hökumətindən isə 4 milyon funt qazanıb.

Edi Rama ölkəsində nüfuzlu siyasətçi hesab olunur və Albaniyanın hazırkı hökumətinə müxalifətdədir. O, iyunda keçiriləcək parlament seçkilərini  udmaq niyyətindədir.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında