Avropanı iflic edən qarlı və şaxtalı hava Moskvaya çatıb

 

Fransa, Almaniya və Belçika şəhərlərini bürüyən qarlı və şaxtalı hava kütləsi Moskvaya çatıb. Bu barədə Rusiya KİV-ləri məlumat yayıb. Məlumatda bildirilir ki, bu gün səhərdən Moskvada güclü qar yağmağa başlayıb. Sinoptiklərin məlumatına görə, qarlı  hava şəraiti həftə sonuna qədər davam edəcək. Həftəsonundan sonra  əsl çovğuna çevriləcək. Cümə axşamından etibarən Moskvada küləyin sürəti saniyədə 10-12 metrə çatacaq. Havanın hərarəti -5-7 dərəcəyə qədər düşəcək. Bir neçə gün ərzində paytaxta aylıq yağıntı normasının 80 faizi düşə bilər.

Qeyd edək ki, qarlı və şaxtalı hava şəraiti Gürcüstan-Rusiya avtomobil yolunun bəzi hissələrində məhdudiyyətlər yaradıb. Yolların buz bağlaması nəticəsində Araqvispiri - Lars avtomagistralının Msheta-Stepançminda-Lars (Gürcüstün-Rusiya sahəsi) hissəsində qoşqu və yarımqoşquların, həmçinin 30-dan çox sərnişinlər üçün nəzərdə tutulan avtobusların hərəkəti də məhdudlaşdırılıb.

 Elçin ABBASOV,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında