Gürcüstan NATO və Avropa İttifaqına üzvlüyü əsas prioritet elan etdi

Gürcüstan parlamenti növbəti iclasında “Xarici siyasətin əsas istiqamətləri” adlı qətnamə qəbul edib. Bu barədə “Utro.ru” məlumat yayıb.

Məlumata əsasən, Gürcüstan parlamenti deputatlarının, demək olar ki, yekdilliklə qəbul etdiyi yeni sənəd Rusiya ilə diplomatik əlaqələr yaradılmasını faktik olaraq istisna edir. Bununla yanaşı, qətnamədə ölkənin indiyədək götürdüyü kursun - NATO və Avropa İttifaqına üzvlük məsələsi ilə bağlı mövqeyin dəyişməz olduğu təsdiq edilir.

Qətnaməyə gürcü parlamentinin iclasında iştirak edən deputatların hamısı – bütün 96 nəfər səs verib. Sənədə əsasən, Gürcüstanın xarici siyasətinin əsas istiqamətləri ölkənin təhlükəsizliyi üçün təminat yaradılması, müstəqillik və suverenliyin qorunması, eləcə də “işğal olunmuş ərazilərin azad edilməsi və beynəlxalq birlik tərəfindən tanınmış sərhədlər daxilində ərazi bütövlüynünün təmin edilməsi”ndən ibarətdir. Ölkənin NATO-ya və Avropa İttifaqına üzvlüyü məsələsi isə əsas prioritet kimi müəyyən edilib.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında