Obama ikinci dəfə and içib

Barak Obama yanvarın 20-də ikinci dəfə prezident seçilməsi ilə əlaqədar ikinci andiçmə mərasimini keçirib. “Xalq qəzeti”nin “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, Ağ evdə sadə şəraitdə keçən tədbirdə yalnız ABŞ prezidentinin ailə üzvləri iştirak edib. 

Məlumata əsasən, prezidentin andını Ali Məhkəmənin başçısı Con Roberts qəbul edib. Obamanın inauqurasiyasına həsr olunmuş əsas tədbirlər isə bu gün keçiriləcək. İkinci müddətə ABŞ prezidenti seçilmiş Barak Hüseyn Obama Kapitoli qarşısında toplaşacaq on minlərlə ABŞ vətəndaşı önündə çıxış edəcək. Əvvəlcədən verilmiş məlumata görə, təntənəli tədbirdə ABŞ-ın himnini müğənni Beyonse ifa edəcək.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında