Suriya internetdən məhrum oldu

"Röyter" agentliyinin verdiyi xəbərə görə, mərkəzi Londonda olan Suriya İnsan Haqlarını Müdafiə Təşkilatı Suriyanın hər yerində internet və telefon əlaqələrinin kəsilməsi haqqında açıqlama yaymışdır. Dəməşqdə və ölkənin iri şəhərləri Hələb, Həma və Homsda internet və rabitə xətlərinin Bəşər Əsəd qüvvələri tərəfindən istifadəsiz hala salındığı bildirilmişdir. Bu səbəbdən hava limanına gedən yollar bağlanmış, hətta bəzi reyslər də təxirə salınmışdır. 
Suriya Ümumi İnqilab Şurasının verdiyi məlumatda qeyd edilmişdir ki, ölkənin internet və telefon xətlərinin ləğv olunması müxaliflərin səslərini boğmaq üçündür. Bu hərəkətlə Bəşər Əsəd rejimi müxlifətin etirazlarının beynəlxalq səviyyəyə çatdırılmasının qarşısını alacaq.
Mənbədən verilən məlumata görə, Suriya Prezidentinin agenti, ukraynalı Koşniva Anhar Rusiya kəşfiyyatına çalışdığı üçün saxlanılıb. O etiraf edib ki, Suriya ərazisinə saxta jurnalist sənədi ilə daxil olaraq ölkənin müxtəlif şəhərlərində rus əsgərlərlə suriyalı əsgərlər arasında tərcüməçilik edib. K.Anhar Suriyaya gələn kimi Əsəd rejiminin əsas simalarından biri, Əsədin qaynı Asif Şövkətlə görüşmüşdür.
Verilən son məlumata görə, Türkiyənin Şanlıurfa bölgəsi ilə sərhəddə yerləşən Suriyanın Pasulyan bölgəsi Bəşər Əsəd qüvvələri tərəfindən yenidən bombalanıb. Hücumlardan sonra Azad Suriya Ordusunun əlinə keçən bölgəyə hərbi helikopterlərdən zərbələr endirilib.
Məlumat üçün bildirək ki, Türkiyəyə xarici pasportla daxil olan Suriya vətəndaşları burada 1 il ərzində maneəsiz yaşaya biləcəklər.

{nl}

Səadət RZAYEVA, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında