Pərviz Heydərov: Tarif Şurasının nəqliyyatda qiymət dəyişikliyi ilə bağlı qərarı inflyasiyaya səbəb olmayacaq

İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Pərviz Heydərov mətbuata açıqlamasında qeyd edib ki, nəqliyyat sektorunda yaşanan qiymət dəyişikliyi elə də böyük artım deyil.
 
O deyib: Bu artım nəqliyyat sektorunun dövlət tərəfindən çəkilən müvafiq xərclərinin kompensasiyası baxımından cüzi xarakter daşıyır. Ancaq bununla yanaşı, Tarif Şurası məlum qərarı qəbul edərkən bir çox amilləri, o cümlədən, inflyasiyaya ciddi təzyiq yaranmaması baxımından çox kiçik artım olmasını nəzərə alıb. Adıçəkilən qərarın istehlak bazarında qiymətlərə ciddi təsir göstərərək inflyasiyanı yüksəltməsi riski yoxdur.
 2018-ci ilin ikinci yarısında inflyasiya səviyyəsi olduqca aşağı xarakter daşıyır. Hökumət bu il üçün inflyasiyanın 6 faizdən yuxarı olacağını proqnozlaşdırılmışdı. Bu ilin sonuna kimi birrəqəmli inflyasiya proqnozlaşdırılır. Hazırda inflyasiya səviyyəsi nəzərdə tutulandan da aşağı rəqəmdir. Nəqliyyat sektorunda qiymət dəyişikliyinin mövcud rəqəmə ciddi şəkildə təsir göstərəcəyi real görünmür və bu artımın inflyasiyanı yüksəldəcəyi gözlənilmir.
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında