Bosniyalılar Sumqayıt Bələdiyyəsində

Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB) tərəfindən üzv ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək məqsədilə başlanılan proqram çərçivəsində ölkəmizə səfər edən Bosniya və Herseqovinanın bələdiyyə təmsilçiləri və iş adamlarından ibarət nümayəndə heyəti Sumqayıt Bələdiyyəsində olub.
 
Sumqayıt Bələdiyyəsində keçirilən görüşdə əlaqələrin genişlənməsi və təcrübə mübadiləsi ilə bağlı   müzakirələr aparılıb.      
Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov qonaqları salamlayaraq son illər şəhərdə aparılan abadlıq-quruculuq işlərindən, bələdiyyənin həyata keçirdiyi layihələrdən danışıb. O, şəhərin son üç ildə tamamilə yeniləndiyini, iri infrastruktur layihələrinin həyata keçirildiyini və Sumqayıtın hətta xarici investorlar üçün də cəlbedici, müasir bir şəhərə çevrildiyini qeyd edib.
Sumqayıt Şəhər İcra Hakmiyyətinin başçısının birinci müavini Teymur Səmədov Azərbaycanın sürətli sosial-iqtisadi inkişafını vurğulayaraq bildirib ki, ölkəmiz artıq dünyada sabitlik adası kimi tanınır. Sumqayıtın da bu davamlı inkişafın bir parçası olduğunu diqqətə çatdıran T.Səmədov qeyd edib ki, son 3 ildə şəhərdə çox sayda sosial, mədəni və sənaye obyektləri fəaliyyətə başlayıb. Prezident İlham Əliyev cəmi 8 ay ərzində şəhərdə salınmış park-bulvar kompleksini “möcüzə” adlandırmışdır. Təsadüfi deyil ki, Sumqayıt Bulvarı ötən ilin iyul ayında Madriddə “İnternational Award for Excellence & Lider ship” (beynəlxalq üstünlük və liderlik) mükafatına və oktyabrda isə Parisdə “Global Trade Leaders” klubunun “Keyfiyyətə görə Beynəlxalq Avropa mükafatı”na (International Europe Award for Quality) layiq görülüb.
Qonaqlar Azərbaycanın tərəqqisindən məmnun qaldıqlarını, Sumqayıtın sürətli inkişafının onlara çox cəlbedici göründüyünü, iki ölkənin bələdiyyələrinin və sahibkarlarının işgüzar əlaqələrinin qurulmasında maraqlı olduqlarını bildiriblər.
Görüşdə Türk Dünyası Bələdiyyələr Birliyinin Baş katibi Fəxri Solak iştirak edib. Nümayəndə heyətində Bosniya və Herseqovinanın Novi Qrad Sarayeva Bələdiyyəsinin sədri Semir Efendic, Olovo Bələdiyyəsinin sədri Demal Memagic və bir qrup iş adamı təmsil olunur. 
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında