Şabranda 26 kilometr uzunluğunda avtomobil yolu yenidən qurulur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Şabran rayonunda 26 kilometr uzunluğunda avtomobil yolunun yenidən qurulması işləri yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılır.
 
Agentlikdən “Trend”ə verilən məlumata görə, söhbət Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolundan gedir.
Tikinti layihəsinə uyğun olaraq yolun 19,7 kilometrlik hissəsində qabarmış və çökmüş hissələrin qazılaraq çıxarılması, qazılmış hissələrinin doldurulması, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi, qruntun hissə-hissə avtoqreyderlə yayılması və lay-lay kipləşdirilməsi işləri aparılıb. Bu işlərin həcmi 90 min kubmetrə yaxındır. Yolun müəyyən hissəsində yolun genişləndirilməsi üçün dağ yamacının kəsilməsi işləri də görülüb.
Yolun 5.8-ci kilometrdə Dəvəçi çayı üzərində uzunluğu 21 metr, eni isə 8 metr olan 1 aşırımlı körpünün tikintisi nəzərdə tutulmuşdur.
Layihənin sonuncu mərhələsində isə 12 yerdə avtobus dayanacaqları, həmçinin hərəkətin normal təşkili üçün 85 ədəd yol nişanı, 26 ədəd km göstərici və 1016 ədəd siqnal dirəyi quraşdırılacaq, 77,9 kilometr uzunluğunda xətlənmə işləri aparılacaq.
Qeyd edək ki, 26 kilometr uzunluğunda olan yolun 19,7 kilometrlik hissəsi çınqıl örtüklü idi. Uzun illər istismar olunmasına baxmayaraq, yol indiyə qədər yenidən qurulmamışdı. Hətta yolun bəzi hissələrinin IV texniki dərəcəyə uyğunlaşdırılması üçün torpaq yatağının genişləndirilməsinə ehtiyac var idi. Yolun qalan 6,3 kilometrlik hissəsi asfalt-beton örtüklü olmasına baxmayaraq, bu hissənin də əsaslı şəkildə təmirinə ehtiyac var idi.
Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolu 5 yaşayış məntəqəsini əhatə etməklə 6 mindən artıq vətəndaşın rayon mərkəzinə, ordan da respublikanın istənilən nöqtəsinə rahat gediş-gəlişini təmin edəcək, marşrut boyu kənd təsərrüfatı və turizmin daha da inkişaf etməsinə şərait yaradacaq.

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında