ABŞ şirkətlərinin məlumatlarını oğurlayan hakerlər həbs ediliblər

ABŞ-da Ukraynadan olan kibercinayət qruplarının birinin üç rəhbəri həbs edilib. Onlar yüzdən çox ABŞ şirkətinin sisteminə daxil olaraq, milyonlarla müştərinin kredit kart məlumatlarını oğurlamaqda şübhəli bilinirlər. Bu barədə “Amerikanın səsi” radiosu məlumat yayıb.
 
Məlumatda vurğulanır ki, amerikalı təhqiqatçılar FIN 7 haker qrupunun üç liderini müəyyən etməyə müvəffəq olublar. Onlar ukraynalı 44 yaşlı Dmitro Fedorov, 33 yaşlı Fedir Hladir və 30 yaşlı Andri Kolpakovdur.
Vaşinqtonun Qərb ərazisi üzrə prokuroru Anet Heyes bu məsələ ilə bağlı deyib: “Təhqiqat davam edir. Biz heç də həmin qrupun qarşısını tamamilə aldığımızı güman etmirik. Lakin biz qrupa çox əhəmiyyətli zərbə vurmuşuq.”
Müstəntiqlər deyirlər ki, FIN7 haker qrupunun üzvləri gizli yolla ABŞ şirkətlərinin satış nöqtələrinə kiber hücumlar edir, məlumatları əldə edərək, onları internet vasitəsilə satmağa cəhd edirlər.
Mahmud QƏRİBOV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında