Çavuşoğlu və Pompeo Sinqapurda müzakirələr aparıblar

Türkiyə və ABŞ-ın diplomatik missiyialarının rəhbərləri Mövlud Çavuşoğlu və Mayk Pompeo dünən ASEAN təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin Sinqapurda keçirilən iclası çərçivəsində görüşərək mühüm müzakirələr aparıblar. Türkiyəli nazir görüşün kontruktiv ruhda keçdiyini bəyan edib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 
 
M.Çavuşoğlu və M.Pompeo Suriyadakı mövcud vəziyyəti, “Paralel dövlət” terror cərəyanının başçısı Fətullah Gülənin Türkiyəyə ekstradisiyası, “F-35” qırıcılarının beşinci nəslinin Türkiyəyə verilməsi, eləcə də amerikalı keşiş Endryu Bransonun həbsdən azad edilməsi və s. məsələləri müzakirə ediblər. 
M.Çavuşoğlu həmin məsələlər üzrə Ankaranın mövqeyini bir daha amerikalı həmkarına izah edib. O vurğulayıb ki, Türkiyəyə münasibətdə təhdid və sanksiyalar dili mənasızdır. Bununla bərabər, Ankara Vaşinqtonla problemlərin dialoq yolu ilə həllinə hazırdır. 
Qeyd edək ki, son 15 gün ərzində M.Çavuşoğlu və M.Pompeo arasında beş dəfə telefon bağlantısı olub. Sonuncu dəfə, üç gün əvvəl ABŞ-ın dövlət katibi Türkiyənin xarici işlər nazirinə zəng vurmuşdur. 
NATO üzrə müttəfiqlər – ABŞ ilə Türkiyə arasında münasibətlər kəskin pisləşib. İki gün əvvəl Ağ ev Türkiyənin ədliyyə və daxili işlər nazirlərinə sanksiyalar tətbiq edilməsi barədə qərar qəbul edib. 
Yeri gəlmişkən, Sinqapurda M.Çavuşoğlu ilə M.Pompeonun görüşü sanksiyaların tətbiqindən əvvəl razılaşdırılıb. 
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında