ABŞ-ın nüfuzlu “Global Ambassadors” jurnalında Cümhuriyyətin 100 illik yubileyinə həsr olunmuş məqalə dərc edilib

Amerika Birləşmiş Ştatlarının nüfuzlu “Global Ambassadors” jurnalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı Azərbaycan Respublikasının İspaniya Krallığındakı və Andorra Knyazlığındakı səfiri Anar Məhərrəmovun müəllifi olduğu məqalə dərc edilib. 
 
Səfirlikdən bildiriblər ki, məqalədə 1918-ci il 28 May tarixində müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin elan edildiyi, Azərbaycanda həmin dövr üçün mütərəqqi hesab olunan dövlət institutlarının, çoxpartiyalı sistemin, plüralist parlamentin, etnik mənsubiyyətindən, cinsindən, dinindən və sosial vəziyyətindən asılı olmayaraq vətəndaşların bərabər hüquqlara malik olduğu qeyd edilib, habelə gənc respublikada dünyanın bir çox dövlətindən daha öncə qadınlara kişilərlə bərabər hüquqların təmin edilməsi vurğulanıb. 
Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə qazanılan nailiyyətlərdən bəhs edilərək, dövlət quruculuğu sahəsində həyata keçirilmiş tədbirlərin, Azərbaycan Milli Ordusunun yaradılmasının, Azərbaycan dilinin rəsmi dövlət dili elan edilməsinin, dövlət himninin, bayrağının və gerbinin təsis olunmasının, ölkədə milli məfkurənin formalaşmasına əhəmiyyətli dərəcədə töhfə vermiş Bakı Dövlət Universitetinin təsis edilməsinin Azərbaycan tarixində yeni şərəfli səhifə açdığı əks olunub.
Məqalədə Azərbaycan Respublikasının 1991-ci ildə müstəqilliyini bərpa edərkən Azərbaycan Xalq Cümhuriyyətinin demokratik ənənələrinə sadiq qaldığı, özünü Cümhuriyyətin siyasi və mənəvi varisi elan etdiyini qeyd olunub. Eləcə də Azərbaycan xalqının istəyi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra ölkədə bütün sahələrdə inkişafa nail olunduğu, Azərbaycanın regionda lider ölkəyə çevrildiyi bildirilib.
Məqalədə, həmçinin qeyd olunub ki, Heydər Əliyevin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan beynəlxalq miqyasda əhəmiyyətli uğurlar əldə edib. 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərində İlham Əliyevin böyük səs çoxluğu ilə qələbəsi göstərib ki, Azərbaycan xalqı növbəti dəfə sabitlik, tərəqqi, rifah və dinamik inkişafa səs verib. 
Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub və Cümhuriyyətin 100 illiyi həm respublika daxilində, həm də ölkədən kənarda təntənəli şəkildə qeyd edilib.
AZƏRTAC

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında