Fransada orta məktəblərdə mobil telefonlardan istifadə qadağan olunub

Fransa parlamenti orta məktəblərdə mobil telefonlardan istifadə ilə bağlı yeni qanun qəbul edib. Qanuna əsasən mobil telefonlar ibtidai təhsil müəssisələrində tamamilə, liseylərdə isə qismən qadağan ediləcək. Xəbəri RİA “Novosti” yayıb.
 
Eyni zamanda məlumatda qeyd edilir ki, qanun liseylərin bu məsələdə özünün qərar vermək haqqını tanıyır. Yəni liseylər qərarı qismən və ya tamamilə tətbiq etmək məsələsində söz sahibidir. Qanun liseylərdə müəllimlərin şagirdlərin telefonuna müdaxilə etməsini asanlaşdırır.
Qeyd edək ki, Fransada 12-17 yaş arasında hər 10 şagirddən 9-nun mobil telefona sahib olduğu bildirilir.
Xatırladaq ki, mobil telefonların ibtidai və orta məktəblərdə qadağan ediləcəyi vədini son seçkilərdə indiki prezident Emmanuel Makron vermişdi.
 
Rövşən ATAKİŞİYEV,
 “Xalq qəzeti”
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında