Dövlət Miqrasiya Xidməti tərəfindən 74 əcnəbi inzibati məsuliyyətə cəlb olunub

Dövlət Miqrasiya Xidməti tərəfindən iyulun 25-dən 28-nə kimi qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 22-si Gürcüstan, 13-ü Pakistan, 12-si Rusiya, 10-u Türkiyə, 6-sı Banqladeş, 6-sı İraq, 1-i Türkmənistan, 1-i Misir, 1-i İran, 1-i Hindistan və 1-i Moldova vətəndaşı olmaqla ümumilikdə 74 əcnəbi saxlanılıb.
Saxlanılmış 5 nəfər Gürcüstan və 1 nəfər İran vətəndaşının qeydiyyat ünvanı üzrə yaşamadıqları, 3 nəfər Türkiyə vətəndaşının Azərbaycan Respublikasının ərazisində gəlişinin bəyan edilmiş məqsədini pozduqları, digər 65 nəfərin isə ölkədə qanunsuz yaşadıqları müəyyən edilib. 
Saxlanılmış əcnəbilərdən 57 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin ölkəmizin hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür. 
Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir. 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında