İsmayıllının Sumağallı kəndində yeni layihə

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti həyata keçirdiyi Kənd İnvestisiya Layihəsi çərçivəsində qadın təşəbbüslərini dəstəkləməyə başlayıb. Layihədə yeni komponent olan “Kənd Qadınlarının İqtisadi Gücləndirilməsi” ailələrin iqtisadi imkanlarını artırmağa xidmət edir. 
 
Kənd İnvestisiya Layihəsinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumağallı kəndində yaradılmış “Arzu” Qadın İnkişaf Qrupunun iştirakı ilə növbəti layihənin - xalçatoxuma və şirniyyat  sexinin açılışı olub.
Bu münasibətlə rayonda hər iki istiqamət üzrə sərgi təşkil olunub. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının  müavini Sevil Əhmədova çıxış edərək QHT-lərin, ictimai birliklərin fəaliyyəti üçün rayonda yaradılan geniş imkanlardan, qadınların ictimai fəallığının artmasından danışıb. Natiq qeyd edib ki, Arzu xanımın yaratdığı Qadın İnkişaf Qrupu bu baxımdan daha xarakterik, daha əhatəli və çox gərəklidir. Sosial həyatda qadınların rolunu artırmağa, iqtisadi fəallığını genişləndirməyə xidmət edir. Sumağallı icması “AzKİL-2” ilə müntəzəm əlaqələr saxlayır, yeni fəaliyyət imkanlarını önə çıxarır. “Arzu” Qadın İnkişaf Qrupu hər iki istiqamət üzrə bölmə yaradıb və bu bölmələrin inkişafına fəal qadınları cəlb edib.  İlkin olaraq bələdiyyə xalçaçılar üçün yer ayırıb. Sumağallı qadınlarını bu münasibətlə təbrik edən Sevil Əhmədova deyib ki, “Arzu” Qadın İnkişaf Qrupu fəaliyyətini genişləndirmək üçün rəsmi qeydiyyatdan keçməli, həmfikirləri ilə birgə inkişaf proqramı  işləyib hazırlamalıdır.
Kənd İnvestisiya Layihəsinin direktoru Sübhan Əsgərov, direktor müavini Gülbəniz Qəmbərova, “Arzu” QİQ-nin sədri Arzu Mirzəyeva, AzKİL-in Şimal zonası üzrə proqram mütəxəssisi Akif Kərimli, Qarabağ zonası üzrə mütəxəssis Əbülfəz Əhmədov, Balakən rayon “Novruz” Qadın İnkişaf Qrupunun üzvü Meysarat Qaysayeva, Ağdam rayonu Zəngişalı icmasının “Qarabağ”  Qadın İnkişaf Qrupunun üzvü Gülbəniz Nağıyeva və başqaları çıxış ediblər. İştirakçılar şirniyyata və nümayiş etdirilən xalçalara  baxıblar. Sumağallı qadınlarının fəallığı qonaqların diqqətini daha çox cəlb edib.
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında