Qordon Braun: Vəziyyət bu cür davam edərsə 400 milyon uşaq təhsilsiz qalacaq

BMT-nin Baş Qərargahında uşaqların təhsil problemləri müzakirə olunub

İngiltərənin sabiq baş naziri Qordon Braun Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahında təşkil edilən mətbuat konfransında çıxışı zamanı uşaqların təhsil problemləri, uşaq əməyinin istismar edilməsi və digər çatışmazlıqlar barədə fikirlər səsləndirib.

Qordon Braun qeyd edib ki, hazırda dünyada 260 milyon uşaq məktəbə gedə bilmir. O, həmçinin bildirib ki, 2030-cu ilə qədər vəziyyət bu cür davam edərsə, 11 yaşdan yuxarı 400 milyon uşaq təhsilsiz qalacaq.

Q.Braun uşaqların əməyinin istismar edilməsi, uşaq evlilikləri, uşaq oğurluqlarının qarşısının alınması və təhsilə dəstək verilməsi üçün 11,5 milyon gəncin imza toplayaraq bir maliyyə bazası yaratmağa təşviq edib.

Hər uşağın təhsil almaq hüququ olduğunu, ancaq dünyanın təhsil problemi ilə üz-üzə qaldığına diqqət çəkən keçmiş baş nazir bildirib ki, vəziyyət bu cür davam edərsə, 2030-cu ilə qədər 800 milyon uşaq keyfiyyətli təhsil ala bilməyəcək. “Məktəb yaşlı uşaqların yarısı lazımi səviyyədə təhsil ala bilmir, bəziləri oxuyub-yazmağı belə bacarmır. Müharibə bölgələrində 75 milyon uşaq məktəbə gedə bilmir, onların 10 milyonu isə qaçqındır. 750 milyon yetkin oxuyub yaza bilmir, onların 2/3-si qadındır. Ona görə də təhsilə dəstək üçün maliyyə bazası yaradılmalıdır”, – deyə, Q.Braun vurğulayıb.

Rövşən ATAKİŞİYEV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında