Gələcəyin layihəsi: kosmosda bitkilər

C və K kimi vacib vitaminlər astronavtlar üçün  çox əhəmiyyətlidir. Bu vitaminləri isə bitkilər təmin edir. Onlar olmasa, astronavtlar müxtəlif infeksiyalara daha tez yoluxa bilərlər. Bunun qarşısını almaq üçün NASA kosmosda bitki yetişdirmək qərarına gəlib. Bu barədə xəbəri “Webtekno.com” saytı verib.

150 məktəbdən 15 min tələbə kosmosa bənzər şəraitdə bitki yetişdirmək üçün könüllü olub. Dörd il davam edəcək layihəyə NASA 1,24 milyon dollar vəsait ayırıb. NASA-nın botanika alimi Gioya Massanın sözlərinə görə, layihə  Marsı kəşf etməyə hazırlaşan astronavtlar üçün çox  faydalı olacaq.

Əfsanə ƏHƏDLİ,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında