Konyada, Meramda Qarabağ parkı açılacaq

Konyada, Meramda səfərdə olan  Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Meram bələdiyyəsinin sədri Fatma Toru ilə görüşüb. Q.Paşayevanın Meramda Qarabağ parkı və abidəsi açılması təklifini bələdiyyə sədri dəstəkləyib, yeni açılacaq ən gözəl parka Qarabağ parkı  adı veriləcəyini deyib.

  Q.Paşayeva bələdiyyə sədri ilə görüşdə “qardaş Türkiyədə terrorla mübarizədə şəhid olmuş insanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir, terroru və arxasında duranları lənətləyirik”,-- deyib. Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib.”.

Azərbaycanı çox sevdiyini deyən Meram bələdiyyəsinin sədri ilə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr aparılıb.

İki qardaş ölkə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Azərbaycan bölgələri ilə Meram arasında da bu əlaqələrin getdikcə daha genişlənməsinin vacibliyini qeyd edib. Meramda Azərbaycanla bağlı tədbirlərin keçirilməsi təklifi də dəstəklənib. Q.Paşayeva bələdiyyə sədrini  Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən Fatma Toru Azərbaycana təkrar gəlməkdən məmnunluq duyacağını bildirib. Qənirə xanım Azərbaycanla bağlı materiallar, özünün həmmüəllifi olduğu “Qarabağ hekayələri” kitabını və müəllifi olduğu kitabları Fatma xanıma hədiyyə edib. O, Konya bələdiyyəsinin sədri Uğur İbrahim Altay ilə də görüşüb, Azərbaycanla əməkdaşlığın artmasının vacibliyi ilə bağlı fikir mübadiləsi aparılıb. Millət vəkili həmçinin  bir sıra tanınmış QHT, qadın və gənclər təşkilatları ilə də görüşüb və Azərbaycanla əməkdaşlığın artmasının vacibliyi, Türk dünyası birliyi istiqamətində geniş fikir mübadiləsi olub.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında