Volqoqradda ulu öndər Heydər Əliyevin yubiley tədbiri

Volqoqraddakı Volqoqrad-Bakı dostluq parkında ulu öndərin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir Volqoqrad şəhərinin rəhbərliyi, Heydər Əliyev Fondunun və Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilib.

Tədbiridə ulu öndərin həyatı və siyasi fəaliyyəti barədə geniş məlumat verilib. Bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ad gününün qeyd edilməsi Volqoqradda ənənə halını almışdır.

Müasir tarixin ən görkəmli siyasətçisi olan Heydər Əliyev istər sovetlər dövründə, istərsə də müstəqillik illərində daim xalqı ilə birlikdə olmuşdur.Azərbaycan-Rusiya dostluğu ulu öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində xalqlarımız arasında daha da genişlənir. Qeyd edilib ki, 2012-ci ildə Volqoqrad şəhəri ilə Qaradağ rayonu dostluq haqqında memorandum imzalayıblar.

Sonra Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov tədbir iştirakçılarını salamlayaraq Azərbaycanın müstəqilliyinin əldə olunmasında ulu öndər Heydər Əliyevin misilsiz rolu, Rusiya-Azərbaycan dostluğu haqqında danışıb. Tədbir iştirakçılarını ulu öndərin 95 illik yubileyi və 9 May – Qələbə Günü münasibəti ilə təbrik edib.

Volqoqrad Şəhər Dumasının deputatı, sosial siyasət komissiyasının sədr müavini Yelena Voznesenskaya ümummilli liderin xalqı və dövləti naminə gördüyü işlərdən danışıb. Bildirib ki, məhz Heydər Əliyevin sayəsində xalqlarımız arasında dostluq əbədi olub. Şəhər rəsmisi Heydər Əliyev Fondunun Volqoqradda həyata keçirdiyi mühüm layihələri qeyd edib. Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanım Əliyevaya gənc nəslin təhsili və tərbiyəsində, mənəvi dəyərlərin formalaşdırılması, uşaq və yeniyetmələrin sağlam həyat tərzi sahəsində layihələrin həyata keçirilməsində məhsuldar əməkdaşlığa görə ünvanlanan təşəkkür məktubunu oxuyub.

Volqoqrad vilayəti qubernatorunun müavini, Volqoqrad Administrasiyası sənaye və ticarət komitəsinin sədri Roman Berkov ulu öndərin anadan olmasının 95-ci ildönümü və qələbənin əldə edilməsinin 73 illiyi münasibəti ilə təbriklərini çatdırıb. Qələbənin əldə olunmasında azərbaycanlıların rolundan danışıb.

Tədbirdə iştirak edən fəxri qonaq, general Vladislav Nikolayeviç Safonov Heydər Əliyev haqqında xatirələrini söyləyib,onunla görüşləri və söhbətlərindən söz açıb.

 Çıxış edən digər qonaqlar bildiriblər ki, Heydər Əliyev harada olubsa, orada qələbə olub.
Ulu öndər xalqlar arasındakı dostluq və sevginin rəmzidir.

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin barelyefi önünə gül dəstələri düzərək dünya şöhrətli siyasətçinin xatirəsinə ehtiramlarını bildiriblər. Səmaya ulu öndərin xatirəsinə həsr olunmuş şarlar buraxılıb.

Tədbir maraqlı konsert proqramı ilə davam edib. İştirakçılar “Qafqaz ritmləri” ansamblının ifasında “Uzun dərə” rəqsini seyr ediblər. Volqoqradın milli kollektivlərinin bir-birindən maraqlı ifaları, rəqslər, ümummilli liderə həsr olunan mahnılar, idmançıların çıxışları böyük maraqla qarşılanıb.

Bayram tədbiri möhtəşəm atəşfəşanlıqla davam edib.

Afət Sadıqoğlu,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında