ABŞ Şimali Koreya ilə müharibəni hələ də istisna etmir

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bəyan edib ki, Şimali Koreya ilə müharibə Donald Tramp administrasiyasının gələcək planlarından biri kimi qalmaqdadır. Məlumatı “Lenta.ru” verib.

Heylinin sözlərinə görə, Birləşmiş Ştatların hazırkı administrasiyası ölkə üçün təhlükəyə çevriləcəyi halda nələrin baş verəcəyi barədə Koreya Xalq Demokratik Respublikasına xəbərdarlıq edib. “Heç kim müharibə etmək istəmir. Prezident müharibə istəmir, şəxsən mən də müharibə istəmirəm. Ancaq bu, mümkün variantlardan biridir”, – deyə daimi nümayəndə bildirib.

Qeyd edək ki, Nikki Heylinin bu bəyanatı ABŞ prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen Inla görüşə hazırlığın “uğurla davam etməsi” barədəki fikirləri ilə eyni vaxta təsadüf edir. Tramp deyib ki, görüşün vaxtı və yeri artıq müəyyənləşdirilib və yaxın günlərdə elan ediləcək.

Bununla yanaşı, ABŞ və Cənubi Koreyanın rəsmi şəxsləri bu ölkənin ərazisindən Amerika qoşunlarının çıxarılması məsələsinin müzakirəsinə hazırdırlar. Bu barədə “The Wall Street Journal” qəzetinin elektron versiyasında dərc edilmiş məqalədə yazılıb. Bildirilib ki, bu mövzu bir zaman ABŞ və Cənubi Koreyada “qadağan olunmuş” hesab edilirdi, ancaq Şimali Koreya və ABŞ liderlərinin qarşıdakı görüşündə “ön plana keçəcək”. Şimali Koreya üzrə ekspertlərin fikrincə, ABŞ qoşunlarının Cənubi Koreyadan çıxarılması məsələsi yəqin ki, Kim Çen In tərəfindən qaldırılacaq.

Qəzet bildirir ki, prezident Trampın milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton, Pentaqon nümayəndələri, eləcə də Cənubi Koreya təmsilçiləri hazırda bu məsələ ilə bağlı hər hansı müzakirə aparıldığını inkar edirlər. “Ancaq son bir həftə ərzində bu mövzu ətrafında diskussiyalar hər iki ölkənin rəsmi şəxsləri arasında daha fəal şəkildə aparılır”.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında