Səfər Mehdiyev: Beynəlxalq konfrans gömrük-biznes münasibətlərinin inkişafına müsbət təsir göstərəcək

Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının Konfransı gömrük-biznes münasibətlərinin inkişafına müsbət təsir göstərəcək.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, bu sözləri mayın 4-də komitənin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının prezidenti Antonio Llobet de Pablo ilə keçirdiyi görüşdə deyib.

S.Mehdiyev mayın 4-də başa çatan Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının Konfransının uğurla keçdiyini və konfransda müzakirə edilən məsələlərin, yaradılan əməkdaşlıq əlaqələrinin qlobal ticarət zəncirinin davamlılığının təmin edilməsinə, sürətli və asan şəkildə həyata keçirilməsinə mühüm töhfə verəcəyini bildirib. Komitə sədri konfransın gömrük-biznes münasibətlərinin inkişafına, Səlahiyyətli İqtisadi Operatorların (SİO) gələcək fəaliyyətinə də müsbət təsir göstərəcəyini vurğulayıb.

Antonio Llobet de Pablo konfransın beynəlxalq ticarətin inkişafında, gömrük prosedurlarının asan və sürətli həyata keçirilməsində, gömrük-biznes əməkdaşlığının daha da gücləndirilməsində mühüm rol oynayacağına əminliyini ifadə edib.

Tərəflər konfrans çərçivəsində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyası arasında imzalanan Fəaliyyət Planına dair protokol barədə fikir mübadiləsi aparıb, razılaşmanın qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında mühüm addım olduğunu bildiriblər.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında