Akkan Suver: Bakı şəhəri inkişafına görə Qafqazın Parisi adını qazanıb

Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suverin “KobiEfor” elektron qəzetində “Yenidən Azərbaycan Prezidenti seçilən İlham Əliyev ilk səfərini Türkiyəyə etdi” sərlövhəli analitik məqaləsi yayılıb.

Məqalədə dövlətimizin başçısı İlham Əliyevin prezident seçkilərində qazandığı möhtəşəm qələbə, bu siyasi zəfəri gerçəkləşdirən səbəblər, Azərbaycanın keçdiyi sosial-iqtisadi inkişaf yolu və s. barədə türkdilli oxuculara geniş məlumat verilir. Azərbaycanın müstəqil siyasət yürüdən, sülhsevər və çoxistiqamətli inkişaf yolunda olan dövlət olduğu vurğulanır. Bildirilir ki, Bakı şəhəri inkişafına görə Qafqazın Parisi adını qazanıb. Ölkənin bütün bölgələri sürətlə inkişaf edir.

Azərbaycanın həyata keçirdiyi beynəlxalq əhəmiyyətli iqtisadi layihələrdən bəhs edən müəllif dövlətimizin başçısının prezidentliyinin yeni dövründə ilk rəsmi səfərini qardaş Türkiyəyə etməsinin artıq bir ənənəyə çevrildiyini vurğulayır.

Sabir ŞAHTAXTI,
AZƏRTAC-ın
xüsusi müxbiri

İstanbul

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında