Ağ evdə Prezident Tramp ilə Kansler Merkel arasında görüş

Cümə günü Almaniya Kansleri ABŞ Prezidenti Donald Trampla bir günlük görüş məqsədilə Ağ evə gəlib. Bu görüş Fransa Prezidenti Emmanuel Makronun Birləşmiş Ştatlara üç günlük səfərindən sonraya təsadüf edir. Bu barədə “Amerikanın səsi” radiosu məlumat yayıb.

Vaşinqtonda Avropanın aparıcı ölkələrinin liderləri ilə bir-birinin ardınca keçirilən görüşlərin əsas məqsədi Prezident Trampı İranın nüvə proqramı ilə bağlı razılaşmadan geri çəkilməməyə razı salmaqdır. Təhlilçilər qeyd edirlər ki, E.Makronun səfəri zamanı Trampla Makron arasında səmimi münasibətlərin olduğu aşkar hiss olunurdu. Lakin Ağ evin hazırkı sahibinin Merkel ilə münasibəti xeyli soyuqdur. Belə ki, iki liderin bu il martın 1-də baş tutan telefon bağlantısına qədər beş ay boyunca heç bir ünsiyyətdə olmadıqları bildirilir.

“Emmanuel Makron Prezident Trampı valeh etməkdə daha uğurlu idi, amma Angela Merkelin prioriteti bu deyil, o, münasibətini prinsip, ümumi dəyərlər və ortaq mənafelərə əsaslayır,” - deyə Cons Hopkins Universitetinin Avropa və Avrasiya Araşdırmaları fakültəsinin direktoru Erik Cons söyləyib.

Heritage Fondunun Marqaret Tetçer Mərkəzinin direktoru Nil Qardiner isə deyib ki, almanlar Trampın xarici və iqtisadi siyasətini daha çox tənqid ediblər. Onun fikrincə, Angela Merkel bəzi məsələlərdə Makrondan daha sərt mövqe sərgiləcəyək, eyni zamanda isə İranla nüvə razılığını saxlamağa çalışacaq.”

Xatırladaq ki, Prezident D.Tramp Barak Obama Administrasiyası dövründə “Böyük altılığ”ın İranla imzaladığı razılaşmanı “ən pis sənəd” adlandırıb. O, İranın 10 illik sazişin sonunda nüvə imkanlarına sahib olacağını deyir, tez-tez İranın Suriya, Yəmən və Livandakı hərbi əməliyyatlarını kəskin tənqid edir.

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında