İsveçrəli alimlərin tədqiqatı

2008-ci ildə Yer kürəsinə düşmüş meteoritin tərkibindəki almaz onun Günəş sisteminin ilk vaxtlarında başqa göy cismi ilə toqquşma nəticəsində yoxa çıxmış planetə aid olduğunu göstərir. Bu fikirlər İsveçrəli alimlərin “Nature Communications” jurnalında dərc edilmiş tədqiqat işində öz əksini tapmışdır. Tədqiqatın nəticələrinə görə, bu ölçüdə almazı formalaşdıracaq təzyiq ancaq nəhəng ölçülü planetdə ola bilər. Onlar Sudanın şimalındakı Nubiya səhrasına düşən göy cisminin dağılmış almaz parçaları üzərində üç müxtəlif tədqiqat apararaq, “2008 TC3” adlandırılan asteroidin mineral və kimyəvi tərkibini müəyyən ediblər. Belə ki, almazın tərkibində olan bəzi maddələrin yalnız 20 qiqapaskal təzyiqlə meydana gələ biləcəyi məlum olub.

İsveçrənin Lozanna Federal Politexnik İnstitutundan tədqiqatçı-alim Fərhəng Nabiei qeyd edib ki, tədqiqat nəticəsində yox olmuş hansısa nəhəng planetin ilk izləri üzə çıxarılıb. Onun sözlərinə görə, bu tədqiqatlar Günəş sistemindəki qalaktikaların daha əvvəl məhv olmuş planetlərin qalıqlarından yaranması ehtimalını da gücləndirir.

Elçin ABBASOV,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında