Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!

Sizə səmimi salamlarımı çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyət arzulayır, ölkənizin inkişafı və xalqınızın rifahı naminə səylərinizi yüksək qiymətləndirməkdən məmnunluq hissi duyuram.

İordaniya Haşimilər Krallığı ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünü qeyd etmək, ölkələrimiz arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı genişləndirmək səylərimizə əsaslanan tarixi dostluq münasbətlərimizdən dərin iftixar hissi keçirmək mənə böyük məmnunluq bəxş edir.

Qardaş Azərbaycana səfərlərim zamanı
Zati-alinizin ölkənizin tərəqqisi və rifahı üçün davamlı töhfəsini əks etdirən, iqtisadiyyat, siyasət, mədəniyyət və elm sahələrində qazanılan böyük nailiyyətlərin şahidi olmuşam. İnanırıq ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan regional və qlobal təhlükəsizliyin, sabitliyin təmin olunmasında oynadığı mühüm rolunu davam etdirəcək.

Mən, həmçinin bu xoş fürsətdən istifadə edərək ikitərəfli əməkdaşlığımızı möhkəmləndirmək, strateji tərəfdaşlığımıza söykənərək bu münasibətləri xalqlarımızın ümumi maraqlarına və İslam ümmətinin ortaq dəyələrinə xidmət etmək üçün daha yeni səviyyələrə qaldırmaq, eləcə də ümumi məqsədimiz olan sülhə, təhlükəsizliyə və sabitliyə nail olmaq istiqamətində səylərimizi dəstəklədiyimizi bir daha bəyan edirəm.

Zati-aliləri, Sizə müvəffəqiyyət və cansağlığı, fəaliyyətinizə Uca Allahdan xeyir-dualar diləyir, əziz Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram.

Qardaşınız,

II Abdullah ibn Al Hüseyn
İordaniyanın Kralı

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında