Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu!

Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Məmnunluqla qeyd edirəm ki, Qırğızıstan-Azəbaycan münasibətləri ənənəvi dostluğa, ümumi tarixə, mədəniyyətə və mənəvi dəyərlərə əsaslanır.

Ötən 25 il ərzində ölkələrimiz arasında siyasi, ticari–iqtisadi və mədəni–humanitar sahələrdə səmərəli əməkdaşlıq qurulmuşdur. Qırğızıstan ilə Azərbaycan, həmçinin regional və beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər.

Qırğız Respublikası Azərbaycan
Respublikası ilə xalqlarımızın rifahı naminə qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır.

Möhtərəm İlham Heydər oğlu, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və ali dövləti fəaliyyətinizdə böyük nailiyyətlər, qardaş Azərbaycan xalqına isə sülh və rifah
arzulayıram.

Hörmətlə,

Sooronbay Jeenbekov
Qırğız Respublikasının Prezidenti

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında