Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 90 illik yubileyini qeyd etməyə hazırlaşır

Bu münasibətlə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni ilin ilk ayında öz tamaşaçıları ilə görüşə “Monotamaşalar paradı” ilə gəldi. Yanvarın 9-dan 16-dək teatrın “kiçik səhnə”si təqdim ediləcək paradın ilk tamaşası isə Əməkdar artist Lətifə Əliyevanın iştirakı ilə Z.Ziyadoğlunun “Vurğuna vurğun gəlin” əsəri oldu. Tanınmış şair-dramaturq, Səməd Vurğun mükafatı laureatı Zaməddin Ziyadoğlunun görkəmli Azərbaycan şairi Səməd Vurğunun xatirəsinə həsr etdiyi pyes əsasında hazırlanan eyniadlı tamaşa kiçik səhnədə böyük təəssüratlar yarada bildi. Tamaşada xalq şairi Səməd Vurğuna ümumxalq məhəbbəti öz əksini tapıb.

Yeni quruluşun rejissoru Gülnar Hacıyevadır.  L. Əliyeva qeyd edib  ki, ilk dəfə monotamaşa oynamaq arzusu 20 il əvvəl ulu öndər Heydər Əliyevin Qarabağ döyüşlərində iştirak edən xanımlarla görüşü zamanı yaranıb. Müharibənin qızğın vaxtında qəhrəman Azərbaycan qadınları ilə ulu öndərin  görüşündən təsirlənən aktrisa Rafiq Rəhimlidən qəhrəman qadın obrazını əks etdirən monoəsər yazmasını xahiş edib. Bu əsər Ağakişi Kazımovun quruluşunda maraqla qarşılanıb.

“Monotamaşalar paradı” çərçivəsində yanvarın 10-da aktrisa Mehriban Abdullayevanın iştirakı ilə U.Luisin əsəri əsasında “İstədiyim kimi yaşamışam”, 11-də  Əməkdar artist Şövqi Hüseynovun “Dəlinin qeydləri” (N.V.Qoqol) , 12-də  Əməkdar artist Kəmalə Hüseynovanın “Cəza” (T.Vəliyeva), 16-da aktrisa Küşvər Şərifovanın “Sonsuzluğun sonu” ayın 17-də isə Əməkdar artist Nofəl Vəliyev F.Dostoyevskinin «İdiot» əsəri əsasında hazırlanmış monotamaşaları teatrsevərlərə təqdim edəcəklər.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında