Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə iqtisadi, sosial, elmi-texniki və digər sahələrdə böyük uğurlar qazanıb, beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirib. Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz arasında dərinləşməkdə olan əlaqələrin əhəmiyyətini vurğulamağa şadam.

Sankt-Peterburqun mədəni-işgüzar missiyası çərçivəsində Bakıdakı görüşümüzü xüsusi ehtiramla xatırlayıram. Biz, həmçinin Sankt-Peterburq hökuməti ilə Azərbaycan Respublikasının hökuməti arasında iqtisadi və humanitar əməkdaşlıq üzrə Birgə Komissiya çərçivəsində strateji tərəfdaşlığın inkişafına böyük əhəmiyyət veririk.

Əminəm ki, Sizin dəstəyinizlə Azərbaycan ilə Sankt-Peterburq arasında əlaqələr yeni qarşılıqlı faydalı layihələr və təşəbbüslərlə əlamətdar olacaq.

Sizə möhkəm cansağlığı, tükənməz enerji və Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Dərin hörmətlə,

Georgi POLTAVÇENKO
Rusiya Federasiyasının
Sankt-Peterburq şəhərinin qubernatoru

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında