Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!

Moldova Respublikasının Qaqauz Muxtar Ərazi Qurumunun İcraiyyə Komitəsi adından və şəxsən öz adımdan Sizə hörmət və ehtiramımı bildirirəm.

Bu təntənəli bayram günündə Sizi doğum gününüz münasibətilə təbrik edir və Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə uğurlar, əmin-amanlıq və firavanlıq diləyirəm.

Siz gözəl bir ölkəni öz arxasınca aparan uğurlu siyasi xadim və məsul rəhbər, həyatda dözümlülük və əməksevərlik nümunəsi kimi, Azərbaycan Respublikasının hər bir sakininin maraqlarını müdafiə edirsiniz. Sizin peşəkar keyfiyyətləriniz sayəsində bu gün Azərbaycan həm energetika və iqtisadiyyat sahələrində, həm də turizm sahəsində dünyanın aparıcı ölkələrindən biridir.

Azərbaycan Respublikasının inkişafı naminə Sizə səmimi qəlbdən yeni-yeni uğurlar, konstruktiv ideyalar və müdrik qərarlar arzu edirik. Qaqauz Muxtar Ərazi Qurumunun rəhbərliyi bizim regiona göstərdiyiniz dəstəyə görə Sizə dərin və səmimi təşəkkürünü, Azərbaycan Respublikası ilə Moldova Respublikasının Qaqauz Muxtar Ərazi Qurumu arasında yaranmış səmimi və konstruktiv münasibətlərə Sizin töhfənizə görə ayrıca minnətdarlığını bildirir.

Sizə, doğmalarınıza və yaxınlarınıza başınız üstündə aydın səma, firavanlıq, xoş günlər və sevinc arzu edirik.

Möhtərəm cənab Prezident, fürsətdən istifadə edib Sizə yüksək hörmətimizi bir daha təsdiq edirik.

Dərin hörmətlə və ən xoş arzularla,

İrina Vlax 
Moldova Respublikasının
Qaqauz Yerinin (Qaqauziyanın) başqanı

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında