Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident!

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Sürətlə dəyişən bugünkü dünyada Sizin rəhbərliyiniz ilə Azərbaycan sabitlik amili kimi özünü sübut edib. Ölkənizin beynəlxalq qurumlar çərçivəsində məsələləri dialoq vasitəsilə həll etməyə sadiqliyi digərləri üçün mükəmməl modeldir. Eyni zamanda, dövlətiniz xalqınız üçün uzunmüddətli rifahı təmin etməyə müvəffəq olub.

Bu fürsətdən istifadə edərək, Monteneqro ilə Azərbaycan arasındakı mükəmməl və daha da möhkəmlənməkdə davam edən əlaqələri xüsusilə dəyərləndirdiyimi və iki ölkə arasında əməkdaşlığın genişlənməsi naminə verdiyiniz töhfələrə görə Monteneqroda
hamımızın adından Sizə dərin minnətdarlığımı bildirirəm.

Möhtərəm Prezident, Sizə möhkəm cansağlığı, ailə səadəti və ali dövləti vəzifənizin yerinə yetirilməsində uğurlar arzu edirəm.

Ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Filip VUYANOVİÇ
Monteneqronun Prezidenti

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında