Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!

İcazə verin, Sizə ad gününüz münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırım, uzun ömür və xoşbəxtlik arzulayım.

Mən çox şadam ki, Azərbaycan Sizin rəhbərliyiniz ilə xüsusilə son 10 il ərzində əhəmiyyətli dərəcədə inkişaf edib, Azərbaycan xalqının rifah halı xeyli yaxşılaşıb. Ölkələrimiz arasındakı münasibətlər də əvvəlki illərdə heç zaman olmadığı qədər möhkəmlənib və inkişaf edib. İqtisadi əlaqələr və Trans-Adriatik boru kəməri layihəsinin həyata keçirilməsi ölkələrimizin ortaq gələcəyi üçün möhkəm təməl yaradıb.

Bu xoş fürsətdən istifadə edərək, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 2018-ci il martın 15-dən 17-dək Azərbaycanın paytaxtı Bakı şəhərində “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçiriləcək VI Qlobal Forumunda iştirak etməklə bağlı dəvətini böyük məmnuniyyətlə qəbul etdiyimi bildirmək istəyirəm.

Bakıda olacağım və Forumda iştirak edəcəyim müddətdə Sizinlə şəxsən
görüşüb qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələlərlə bağlı fikir mübadiləsi aparmaqdan çox məmnun olaram.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə firavan həyat və daha böyük inkişaf arzulayıram. Xahiş edirəm, ən dərin ehtiramımı qəbul edin.

Hörmətlə,

İlir META
Albaniya Respublikasının Prezidenti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında