Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu!

Zati-aliləri mübarək doğum gününüz münasibətilə Sizi bütün özbək xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırmaqdan sonsuz məmnunluq hissi duyuram.

Özbəkistanda Sizin möhtərəm atanız – görkəmli dövlət xadimi, müstəqil və suveren Azərbaycan Respublikasının banisi və qurucusu Heydər Əliyev böyük hörmətlə xatırlanır. Özbək və Azərbaycan xalqları arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsində bu ulu İnsanın töhfəsi hər zaman minnətdarlıq hissi ilə qeyd olunur.

Biz Sizi haqlı olaraq atanızın başladığı böyük işlərin layiqli davamçısı, ölkənizdə və beynəlxalq aləmdə böyük nüfuza malik təcrübəli siyasi xadim, Özbəkistanın ən yaxın dostu hesab edirik.

Azərbaycan Respublikasının daxili və xarici siyasətində əldə edilən bütün nailiyyətlərin Sizin adınızla və uzaqgörən müdrik siyasətinizlə bağlı olduğunu və həqiqətən,
dünya miqyasında tanındığını xüsusi vurğulamaq istəyirəm.

Əzəldən dili və dini, dəyərləri və ənənələri, mədəniyyəti ümumi olan Özbəkistan ilə Azərbaycanı səmimi qonşuluq, dostluq, qarşılıqlı hörmət, etibar, səmimilik və bir-birini dəstəkləmə prinsipinə əsaslanan qardaşlıq əlaqələri və birgə həyata keçirilən səylər birləşdirir.

Son zamanlar dövlətlərimiz arasındakı münasibətlərin praktik cəhətdən yeni məzmuna malik olub daha da inkişaf etməsi bizi sevindirir.

Xüsusilə, cari ildə Sizinlə dəfələrlə keçirilən səmimi görüşlərimiz Özbəkistan–Azərbaycan münasibətlərinin genişlənməsi üçün səmərəli zəmin yaratmışdır.

Qarşılıqlı əməkdaşlıq sahəsində olduqca böyük imkanların mövcudluğunu etiraf edərək, gələcəkdə bütün istiqamətlərdə əlaqələrimizin genişləndirilməsi dost ölkələrimizin mənafelərinə tam uyğundur.

Əminəm ki, gələcək yüksək səviyyəli görüşlərimiz dostluq münasibətlərimizi daha da intensivləşdirəcək, yüksək keyfiyyət səviyyəsinə çatdırılmasına, qarşılıqlı əməkdaşlıq üçün yeni üfüqlərin açılmasına xidmət edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə, ailə üzvlərinizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, dost Azərbaycan xalqına isə sülh və davamlı tərəqqi arzulayıram.

Hörmətlə,

Şavkat MİRZİYOYEV
Özbəkistan Respublikasının Prezidenti

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında