Uşaqların IV Ümumrespublika Forumunun iştirakçılarına Hörmətli forum iştirakçıları!

Əziz uşaqlar!

 

Sizi – Uşaqların IV Ümumrespublika Forumunun iştirakçılarını, eləcə də ölkəmizin bütün uşaqlarını səmimi qəlbdən salamlayır, hamınıza ən xoş arzularımı çatdırır, hər birinizə cansağlığı, xoşbəxtlik və gələcək həyatınızda nailiyyətlər arzulayıram.

Uşaqların taleyinə aid məsələlər hazırkı dünyada sabahını düşünən cəmiyyətlərin çox mühüm prioritetlərindəndir. Forumunuzun mütəmadi təşkil edilərək getdikcə ənənəvi şəkil alması Azərbaycanda uşaq hüquqlarının müdafiəsinə diqqətin təzahürüdür.

Ümummilli lider Heydər Əliyevin “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir, ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daim xüsusi qayğı göstərilməlidir” sözləri bir an belə unudulmadan ölkəmizdə uşaq hüquqlarının ən etibarlı şəkildə qorunması üçün zəruri şərait yaradılmışdır. Övladlarımızın yüksək mənəvi və sosial mühitdə böyümələri, müasir standartlara uyğun keyfiyyətli təhsillə, tibbi xidmətlərlə təmin edilmələri və xalqımızın milli dəyərlərə sadiq, mənən zəngin övladları kimi formalaşmaları Azərbaycan dövlətinin uşaqlarla bağlı ardıcıl siyasətinin başlıca prinsipləridir. Uğurla icra olunan çoxsaylı sosialyönümlü layihələr də bu amala xidmət göstərir. Uşaqların müdafiəsi ölkə Konstitusiyası ilə, qanunvericilik və normativ-hüquqi aktlarla tənzimlənir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu uşaqların beynəlxalq səviyyədə təsbit olunmuş əsas hüquq və azadlıqlarını, bu hüquqların gerçəkləşdirilməsi istiqamətində üzərimizə düşən vəzifələri aydın əks etdirir.

Siz uşaqlar xoşbəxtsiniz ki, yeni əsrə və yeni minilliyə müstəqil dövlət olaraq qədəm qoymuş ölkəmizdə dünyaya göz açmısınız. Bu ölkənin ildən-ilə daha güclü, daha qüdrətli olması sizin gələcək xoşbəxt və firavan həyatınızın təminatı deməkdir. Azərbaycan sürətli inkişaf yolundadır. İndiki nəsil qüdrətli Azərbaycanı məhz sizə etibar edəcəkdir. Qətiyyətlə deyə bilərəm ki, öz istedadınızı və yaradıcılıq potensialınızı üzə çıxarmağınız üçün ölkəmizdə geniş imkanlar mövcuddur.

Dövlətimiz Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində hüquqları kobud surətdə pozulmuş qaçqın və məcburi köçkünlərimizin, onların uşaqlarının müdafiəsi naminə öz qüvvəsini səfərbər etmişdir. Əminəm ki, düşmən təxribatına qurban getmiş məsum övladlarımızın qanı yerdə qalmayacaq, erməni təcavüzünə son qoyulacaq, Azərbaycanın haqq işi qalib gələcək və ədalət bərqərar olacaqdır.

Ümidvaram ki, forum çərçivəsində aparacağınız müzakirələr ölkəmizdə uşaqlarla bağlı dövlət siyasətinin layiqincə həyata keçirilməsi işinə öz töhfəsini verəcəkdir.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 noyabr  2017-ci il

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında