Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!

Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkələrimiz arasında çox sıx əlaqələr qurulmuşdur. Müstəqillik illərində diqqətəlayiq iqtisadi uğurlar qazanan Azərbaycan Cənubi Qafqaz regionunda sabit inkişaf edən ölkə və Yaponiyanın vacib tərəfdaşıdır.

Ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan münasibətlər 1998-ci ildə Prezident Heydər Əliyevin və 2006-cı ildə isə Zati-alinizin Yaponiyaya səfərləri nəticəsində daha sürətlə inkişaf etmişdir. Son illər hökumətlərarası dialoqun, yüksək səviyyəli rəsmilərin səfərlərinin intensivləşməsi, parlamentlər, yerli özünüidarəetmə orqanları arasında və digər genişmiqyaslı mübadilələrin fəallaşması məni çox sevindirir.

Həmçinin ölkələrimiz arasında təkcə energetika sahəsində deyil, iqtisadiyyatın digər sahələrində də yapon şirkətlərinin fəal iştirakı ilə əməkdaşlığımız davamlı olaraq inkişaf edir. Bu ilin fevralında Bakıda Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin 9-cu birgə iclası keçirilmiş və bildiyimə görə, Azərbaycanın önəm verdiyi iqtisadiyyatın şaxələndirilməsi məqsədilə qeyri-neft sektorunda əməkdaşlığın davam etdirilməsi barədə danışıqlar aparılmışdır. Bundan başqa, cari ilin iyununda ölkələrimiz arasında investisiya razılaşmasının ilkin müzakirələrinin başlanması, iqtisadi sahədəki əməkdaşlıq Zati-alinizin Yaponiyaya səfəri zamanı elan olunmuş Birgə Bəyanata əsaslanaraq davamlı şəkildə inkişaf etməkdədir. Əminəm ki, əməkdaşlığımız bundan sonra da bir çox sahədə inkişaf edəcək böyük potensiala malikdir.

Diplomatik münasibətlərimizin qurulmasının 25-ci ildönümü münasibətilə yaranmış fürsətdən istifadə edərək, Azərbaycan-Yaponiya əlaqələrinin bundan sonra da müxtəlif istiqamətlərdə daha da dərinləşib inkişaf edəcəyinə əmin olduğumu bildirirəm.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və işlərinizdə müvəffəqiyyətlər, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm.

Dərin hörmətlə,

Şinzo Abe
Yaponiyanın Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında