XXIV Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransının iştirakçılarına

Hörmətli sərgi və konfrans iştirakçıları!

Sizi XXIV Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransının açılışı münasibətilə səmimi qəlbdən salamlayır, hər birinizə cansağlığı və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

“Xəzər Neft və Qaz” sərgisinin bünövrəsinin qoyulması və xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan yeni neft strategiyasının elan olunması eyni vaxta – 1994-cü ilə təsadüf edir. Məhz həmin il bağlanan “Əsrin müqaviləsi” sayəsində Xəzər dənizinin nəhəng enerji potensialının xarici şirkətlərlə birlikdə mənimsənilməsinə başlanılmış və keçən müddətdə Azərbaycan özünün neft sənayesində ardıcıl, məqsədyönlü siyasətinin nəticəsi olaraq regionda enerji təhlükəsizliyinin təminatçısına çevrilmişdir.

Bu gün ölkəmiz beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır. Biz üzərimizə götürdüyümüz bütün öhdəlikləri yerinə yetirməklə yanaşı, xarici sərmayədarlar üçün də əlverişli şərait yaratmışıq.

Azərbaycanın dünyanın ən iri şirkətləri ilə imzaladığı sazişlərlə başlayan dinamik yüksəliş yolu onun Avrasiyanın enerji təhlükəsizliyi üzrə layiqli tərəfdaş olduğunu sübuta yetirmişdir. Ötən dövr ərzində ölkəmiz neft siyasətində davamlı artan xətt üzrə inkişaf tempi nümayiş etdirərək, həm qlobal transmilli layihələrin təşəbbüskarı, həm də onların əsas icraçısı olmuşdur. “Şahdəniz” layihəsinin işlənməsinin ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, həmçinin TANAP və TAP layihələri respublikamızın mövqeyini və qlobal tərəfdaşlığı daha da möhkəmləndirən uğurlu addımlardır.

“Xəzər Neft və Qaz” sərgi və konfransı Azərbaycanın iştirakı ilə həyata keçirilən layihələrin beynəlxalq işgüzar dairələrə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Ənənəvi olaraq Bakı şəhərində təşkil edilən bu mötəbər tədbir ölkəmizin neft sənayesinə və ümumən enerji sahəsinə böyük marağın göstəricisidir.

Əminəm ki, tədbiriniz çərçivəsində geniş müzakirələr və dolğun təhlillər aparılacaq, faydalı əməkdaşlığımızın bundan sonrakı illərdə də inkişafının təmin olunması üçün yeni layihələr hazırlanacaq və səmərəli təkliflər irəli sürüləcəkdir.

Hamınıza gələcək fəaliyyətinizdə nailiyyətlər, ölkələrinizə sülh və əmin-amanlıq arzu edirəm.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında