Polşa Respublikasının Prezidenti zati-aliləri cənab Andjey Dudaya

Hörmətli cənab Prezident!

Polşa Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan–Polşa münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Strateji tərəfdaş olan ölkələrimiz arasında müxtəlif sahələrdə münasibətlərin genişləndirilməsi üçün böyük imkanlar mövcuddur.

Ümidvaram ki, dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Polşa xalqına daim sülh və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 1 may 2017-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında