“XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda keçirilən IV beynəlxalq elmi konfransın iştirakçılarına

Hörmətli konfrans iştirakçıları!

Sizi soyqırımı problemlərinə dair Azərbaycanda  keçirilən növbəti elmi konfransda  səmimi qəlbdən salamlayıram. 

Mürəkkəb geosiyasi proseslərin getdiyi  indiki vaxtda  sülh  və sabitliyin  təmin olunması tərəqqipərvər bəşəriyyəti narahat edən ən mühüm məsələlərdən  biridir.  Təəssüflə qeyd etməliyik ki,  dünyada dinc birgəyaşayış normalarının pozulmasına   rəvac verən ksenofobiya,   ekstremizm,  dini ayrı-seçkilik və terrorizm kimi hallar getdikcə artır.  Qlobal təhlükəsizliyə zərbə vuran bu cür qorxulu meyillər hərbi  toqquşmaların yaranmasına, mədəniyyət abidələrinin dağıdılmasına,  günahsız insanların kütləvi şəkildə qətlə yetirilməsinə  və mənəvi aşınmaya səbəb olur.

Konfransın keçirildiyi Lənkəran şəhərinin sakinləri  də, ölkəmizin digər regionlarında olduğu kimi, hələ 1918-1919-cu illərdə erməni-daşnak quldur dəstələrinin törətdiyi  qırğınların ağrı-acısını öz üzərində yaxından hiss etmişlər. Tarixin çətin sınaqlarından mətanətlə çıxaraq   Azərbaycan dövlətinə sədaqəti,   xalqımızın milli-mənəvi dəyərlərinə  bağlılığı ilə həmişə  qürur duyan cənub bölgəsindəki vətəndaşlarımız respublikamızın müstəqilliyi və  ərazi bütövlüyü uğrunda  mübarizədə fəal iştirak etmiş,  bu yolda çoxsaylı  şəhidlər vermişlər. 

Zəngin multikultural dəyərlərə, tolerantlıq  ənənələrinə  malik olan Azərbaycan  dünyada  sülhün  və təhlükəsizliyin carçısı kimi çıxış edir, irqi, milli və dini   ayrı-seçkiliyə qarşı prinsipial mövqe tutur. Deportasiya, etnik təmizləmə və kütləvi qırğınların  sarsıntılarını tarixi yaddaşında yaşadan  xalqımız  bu ilin fevral ayında müasir dövrün ən  dəhşətli faciələrindən biri  olan Xocalı soyqırımının 25-ci ildönümünü dərin hüznlə qeyd etdi. Şübhə yoxdur ki, soyqırımıda  birbaşa əli olan şəxslərin hələ də  beynəlxalq hüquqi normalara  uyğun olaraq layiqli şəkildə cəzalandırılmaması onları yeni qanlı əməllərə, hərbi təcavüzkarlıq niyyətlərini davam etdirməyə şirnikləndirir. Buna görə də insanlıq əleyhinə cinayətlərə obyektiv hüquqi-siyasi qiymətin verilməsinə, günahkarların ədalət məhkəməsi  önünə çıxarılmasına  nail olmaq üçün tarixi  gerçəkliyin geniş elmi araşdırılması və  nəticələrin dünya ictimaiyyətinə çatdırılması olduqca vacibdir.  İnanıram  ki, bu mötəbər toplantıdakı müzakirələr, əvvəlki elmi məclislərdə olduğu kimi,  acı həqiqətlərin  müfəssəl şəkildə  işıqlandırılmasına və soyqırımı törədənlərin tarix qarşısında mühakimə olunmasına öz töhfəsini verəcəkdir. Bu şərəfli və məsuliyyətli  işinizdə sizə yeni nailiyyətlər arzulayıram.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 21 aprel 2017-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında