“İslam həmrəyliyi – zamanın çağırışı” Beynəlxalq konfransının iştirakçılarına

Hörmətli konfrans iştirakçıları!

Sizi – “İslam həmrəyliyi – zamanın çağırışı” mövzusunda Bakıda keçirilən Beynəlxalq konfransın iştirakçılarını səmimi qəlbdən salamlayır, ən xoş arzu və diləklərimi yetirirəm.

Avropa ilə Asiyanın qovuşuğunda yerləşən qədim Azərbaycan torpağında müxtəlif dinlərə, ayrı-ayrı mədəniyyətlərə mənsub insanlar tarix boyu əmin-amanlıq şəraitində yaşamışdır. Azərbaycan xalqı bu gün də özünün dərin tarixi köklərə malik zəngin tolerantlıq və multikulturalizm ənənələrini qoruyur, sivilizasiyalararası dialoqa, islamdaxili və konfessiyalararası həmrəyliyə öz töhfələrini verir. Buna görə də zamanın çağırışlarına səs verən İslam həmrəyliyinə həsr olunmuş konfransın keçirilmə məkanının dəqiq seçilməsi şübhəsizdir.

Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, 2016-cı il ölkəmizdə “Multikulturalizm İli” elan olunduqdan sonra xalqımız öz tarixi mənəvi ənənələrinə sadiqliyini böyük coşqunluqla bir daha  nümayiş etdirdi. Bu münasibətlə Azərbaycanda və xaricdə bir sıra əhəmiyyətli və faydalı tədbirlər keçirildi. Dünyada multikulturalizmin Azərbaycan modelinə xüsusi maraq və diqqət yarandı. Bütün bunlar ona gətirdi ki, ötən ilin məntiqi davamı olaraq 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edildi.

Müasir dünyamızda İslam həmrəyliyinin vacibliyi ilk olaraq İslam daxilindəki həmahəngliyin bərqərar edilməsində özünü göstərir. Bu, müxtəlif məzhəblər arasında dini anlaşılmazlıqların elmi müstəvidə aradan qaldırılması, bütün İslam ölkələri arasında qarşılıqlı hörmət və etibara əsaslanan münasibətlərin qurulmasıdır. Bununla yanaşı, İslam həmrəyliyi dedikdə, həmçinin İslam ilə digər dinlər arasında harmoniyanın yaranması da nəzərdə tutulur. Buna nail olmaq, əslində, dünya dinləri arasında ahəngdar və bir-birinə inamlı münasibətin daha da möhkəmlənməsinə, İslam ölkələri ilə digər ölkələr arasında bəşəri dəyərlərə əsaslanan xoş münasibətlərin inkişafına nail olmaq deməkdir. Bunun üçün çox işlər görmək, real addımlar atmaq lazımdır. Sizin konfransınız Azərbaycanda İslam həmrəyliyi ilə əlaqədar bu istiqamətdə görüləcək işlərin artıq başlanmasına ciddi bir işarədir. Bu gün İslama və digər konfessiyalara mənsub görkəmli alimlərin və din xadimlərinin dinlərarası mühüm aktual məsələləri belə yüksək səviyyədə müzakirə etmələri özünün müstəsna elmi-dini əhəmiyyəti ilə yanaşı, müsəlman dövlətləri və xalqları, eyni zamanda, dünya dövlətləri və xalqları arasında qardaşlıq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə xidmət etməlidir. Ümidvaram ki, konfrans nəinki İslam aləmində, bütün dünyada həmrəylik və dostluğun daha da möhkəmlənməsi işinə öz layiqli töhfəsini verəcəkdir.

Bu nəcib fəaliyyətinizdə bir olan uca Allahdan Sizə könül xoşluğu, cansağlığı və konfransınızın işinə uğurlar arzulayıram.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 mart 2017-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında