Hörmətli İlham Heydər oğlu !
Ad gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Biz sosial-iqtisadi vəziyyəti sabit olan dost Azərbaycanın nailiyyətlərinə səmimi qəlbdən sevinirik.
Əminəm ki, son illər xüsusilə dinamik inkişaf edən Belarus-Azərbaycan münasibətləri iki dövlətin xalqlarının rifahı naminə konstruktiv qarşılıqlı faydalı tərəfdaşlıq nümunəsidir.
Bu ilin iyununda görüşümüz zamanı əldə olunmuş bütün razılaşmaların uğurla həyata keçiriləcəyinə və nəzərəçarpacaq nəticələr verəcəyinə əminliyimi ifadə edirəm.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və qarşıya qoyulmuş məqsədlərə çatmaqda yeni uğurlar arzulayıram.
Dərin hörmətlə,
{nl}
Aleksandr LUKAŞENKO Belarus Respublikasının Prezidenti
Minsk, 24 dekabr 2010-cu il
{nl}
***
{nl}
Hörmətli İlham Heydər oğlu!
Ad gününüz münasibətilə mənim ən səmimi təbriklərimi qəbul edin!
İstedadlı rəhbər, müdrik və uzaqgörən siyasi xadim kimi Siz artıq uzun illərdir doğma ölkənizin rifahı naminə səmərəli fəaliyyət göstərirsiniz. Siz yüksək nüfuz, Azərbaycan xalqının dərin hörmət və məhəbbətini qazanmısınız.
Sankt-Peterburqa göstərdiyiniz diqqətə görə Sizə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Son illərdə Azərbaycan və Sankt-Peterburq arasında münasibətlər uğurla və səmərəli inkişaf edir. Sankt-Peterburq Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında əməkdaşlıq üzrə Komissiyanın yaradılması bunu bir daha təsdiq edir. Onun işi iqtisadi, elmi-texniki və humanitar sahələrdə münasibətlərimizin inkişafına, heç şübhəsiz, yeni təkan verəcəkdir.
Möhtərəm İlham Heydər oğlu, Sizə bütün işlərinizdə və təşəbbüslərinizdə uğurlar, uzun illər səmərəli fəaliyyət, cansağlığı, rifah və xoşbəxtlik arzulayıram.
Hörmətlə,
Valentina MATVİYENKO Sankt-Peterburqun qubernatoru
{nl}
***
{nl}
Hörmətli İlham Heydər oğlu !
Ulyanovsk vilayəti hökuməti adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm!
Siz əsası Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş işləri və ənənələri uğurla davam etdirirsiniz. Sizin Azərbaycanın hər bir sakininin rifahına yönəlmiş qətiyyətli və səmərəli fəaliyyətiniz xalqın həqiqi etimadını qazanmışdır. Sizin peşəkarlığınız, prinsipiallığınız, təcrübəniz, insanlarla işləmək bacarığınız, xalqınızın mədəniyyətinə və tarixinə məhəbbətiniz Azərbaycan Respublikasının layiqli lideri olduğunuzu göstərir.
Möhkəm dostluq və mehriban qonşuluq ənənələrinə söykənən Rusiya-Azərbaycan strateji tərəfdaşlığının inkişafına Sizin şəxsi töhfəniz misilsizdir.
Əminəm ki, Ulyanovsk vilayəti və Azərbaycan Respublikası arasında çoxşaxəli əməkdaşlıq nə qədər səmərəli olsa, onun mədəni və iqtisadi sahələr üçün bəhrələri daha qiymətli olacaqdır.
Bayram etdiyiniz bir gündə Sizə möhkəm cansağlığı, Azərbaycanın tərəqqisi naminə məsuliyyətli işinizdə uğurlar, Sizə və yaxınlarınıza xoşbəxtlik və rifah arzulayıram!
Sergey MOROZOV Ulyanovsk vilayəti hökumətinin qubernator-sədri
Ulyanovsk, 24 dekabr 2010-cu il
{nl}
***
{nl}
Möhtərəm İlham Heydər oğlu !
Həmkarlar İttifaqları Ümumi Konfederasiyasının adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm!
Bu gün Azərbaycan Respublikası qətiyyətlə lider ölkələr sırasına çıxır, dünyaya cəmiyyət həyatının bütün sahələrində inamlı uğurlar nümayiş etdirir. Bu sanballı nailiyyətlər əməksevər xalqın gərgin işinin, təbii sərvətlərin bacarıqla mənimsənilməsinin, istehsal və elmi potensialdan səmərəli istifadə olunmasının nəticəsidir. Biz ölkənin XXI əsrə inamla qədəm qoymasında respublika əhalisinin öz Prezidentinin - suveren Azərbaycanın hamı tərəfindən qəbul edilmiş rəhbərinin siyasi xəttinə böyük etimad və kütləvi dəstək göstərdiyini görürük.
Həmkarlar İttifaqları Ümumi Konfederasiyası qanunverici hakimiyyət orqanlarının fəaliyyətində həmkarlar ittifaqlarının iştirakının təmin olunmasında respublikanın böyük uğurlarını xüsusi vurğulayır.
Möhtərəm İlham Heydər oğlu, ən səmimi və xoş arzularımızı qəbul edin. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan Respublikasının Prezidenti vəzifəsində yeni-yeni uğurlar arzulayırıq.
Dərin hörmətlə,
Vladimir ŞERBAKOV Həmkarlar İttifaqları Ümumi Konfederasiyasının baş katibi
Moskva, 24 dekabr 2010-cu il
{nl}
***
{nl}
Hörmətli cənab Prezident !
Ad gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm!
Sizə səmimi qəlbdən möhkəm cansağlığı, bütün xeyirxah təşəbbüslərinizdə müvəffəqiyyətlər, doğma Azərbaycanın tərəqqisi naminə çoxşaxəli fəaliyyətinizdə bundan sonra da uğurlar arzulayıram. Stavropol diyarı və Azərbaycan Respublikası arasında əməkdaşlığın gələcək inkişafına ümid bəsləyirəm.
Hörmətlə,
Valeri QAYEVSKİ Stavropol diyarının qubernatoru
Stavropol, 24 dekabr 2010-cu il
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.