Fransalı deputat J.Manselin Prezident F.Ollanda Xocalı soyqırımı ilə bağlı müraciəti

Milli Məclisin deputatı, Azərbaycan-Fransa parlamentlərarası işçi qrupu rəhbərinin müavini Cavanşir Feyziyevin Parisdən redaksiyamıza verdiyi məlumatda bildirilir ki, Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar Fransa Nümayəndələr Palatasının üzvü, Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyasının sədri cənab Jan-Fransua Mansel Fransa Respublikasının Prezidenti Fransua Ollanda muraciət ünvanlayıb. Millət vəkilinin tərcümə edib göndərdiyi həmin sənəddə deyilir:

– Cənab Prezident, 25 il bundan əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın silahlı qüvvələri hələ sovet dövründən Xankəndidə yerləşən 366-cı zirehli motoatıcı alayın və hərbi hissənin köməyi ilə Azərbaycanın Xocalı şəhərini işğal etmişdir. Hücumdan əvvəl, 25 fevral axşamı şəhər ağır artilleriya tərəfindən çox güclü atəşə məruz qalmışdır. Fevralın 26-da səhər saat 5-də Xocalı tamamilə yandırılmışdır.

Bölgənin əsas mərkəzi olan Ağdama qaçmaq ümidi ilə şəhəri tərk etmiş 2500 sakindən 63-ü uşaq, 106-ı qadın, 70-i ahıl olmaqla 613 mülki şəxs düşünülmüş şəkildə məhv edilmiş, 8 ailənin bütün üzvləri öldürülmüş, 25 uşaq hər iki valideynini itirmiş, 1275 nəfər giröv götürülmüş və onların da 150 nəfəri itkin düşmüşdür. Soyqırımı olduğu heç bir şübhə doğurmayan bu cinayət Azərbaycan tarixinin ən dəhşətli, ən faciəvi səhifəsi sayılır və bu hadisə öz sərhədlərindən də kənarda bəşər tarixini daim yasa batıran iyrənc əməllər siyahısındadır.

Müraciətin davamında qeyd edilir ki, cənab prezident, Fransa Erməniləri Təşkilatları Koordinasiya Şurasının illik naharı zamanı siz “Müharibə cinayəti və insanlıq əleyhinə cinayət hesab olunan bütün soyqırımların milli səviyyədə xatirə günü”nü təyin etməklə bağlı niyyətinizin olduğunu bəyan etmişdiniz. Bunu nəzərə alaraq, xahiş edirəm ki, sizin təşəbbüsünüz konkretləşərsə, Xocalı soyqırımı da bu çərçivədə yad edilsin.

Jan-Fransua Mansel  öz ölkəsinin prezidentinə xitabının sonunda bildirir:

– Cənab Prezident, bütün həlak olmuşlar kimi cəlladlar tərəfindən qətlə yetirilmiş və ola bilsin ki, digər soyqırımı qurbanları qədər ­tanınmamış bu azərbaycanlı əzabkeş qurbanlara da qardaş diqqəti göstərməyiniz üçün sizə minnətdar olardım.

Hazırladı:
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında