Zati-aliləri, Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edirəm.
Qazaxıstan və Azərbaycan arasındakı bərqərar edilmiş strateji tərəfdaşlığı və sıx iqtisadi əməkdaşlığı daha da dərinləşdirməyə birgə səylər göstərəcəyimizə əminəm.
Bu gözəl fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və xidmətinizdə uğurlar, dost və qardaş Azərbaycan xalqına isə bərəkət və çiçəklənmə arzu edirəm.
Xoş arzularla,
Nursultan NAZARBAYEV Qazaxıstan Respublikasının Prezidenti
Astana, 24 dekabr 2010-cu il{nl}
***
{nl}
Hörmətli İlham Heydər oğlu!
Ad gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Sizin uzaqgörən rəhbərliyiniz altında Azərbaycanda həyata keçirilən və ölkənin ictimai-siyasi inkişafı, iqtisadi qüdrətinin möhkəmlənməsi və beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi istiqamətində əhəmiyyətli nəticələr verən ardıcıl və yaradıcı islahatları Özbəkistanda böyük maraqla izləyirlər.
Biz son vaxtlar birgə səylər sayəsində dinamik xarakter alan çoxşaxəli Özbəkistan-Azərbaycan münasibətlərinin genişlənməsi üzrə şəxsi səylərinizi yüksək qiymətləndirir və münasibətlərimizin ənənəvi dostluq prinsipləri, tam qarşılıqlı anlaşma və bir-birinin maraqlarına hörmət əsasında bundan sonra da dərinləşməsinə prioritet əhəmiyyət veririk.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və məsuliyyətli dövləti fəaliyyətinizdə böyük uğurlar, dost Azərbaycan xalqına sülh və tərəqqi arzulayıram.
Dərin hörmətlə,
İslam KƏRİMOV Özbəkistan Respublikasının Prezidenti
Daşkənd, 21 dekabr 2010-cu il
{nl}
***
{nl}
Hörmətli İlham Heydər oğlu!
Ad gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə səmimi qəlbdən möhkəm cansağlığı, rifah, xoşbəxtlik, habelə dost Azərbaycan xalqının tərəqqisi naminə bütün işlərinizdə və səylərinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Qurbanqulı BERDİMƏHƏMMƏDOV Türkmənistan Prezidenti
Aşqabad, 20 dekabr, 2010-cu il
{nl}
***
{nl}
Hörmətli cənab Prezident, əziz dostum!
Ad gününüz münasibətilə ən səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik və məsul işinizdə müvəffəqiyyətlər arzulayıram.
Aramızdakı yaxşı şəxsi əlaqələrin və dostluğun, kollektiv işin Bolqarıstan-Azərbaycan əməkdaşlığının gələcəkdə xalqlarımızın qarşılıqlı mənafeyi, sülh, sabitlik, regionların və Avropanın tərəqqisi naminə daha da gücləndirilməsində mühüm rol oynayacağına inamımı ifadə edirəm.
Ölkənizin və xalqınızın tərəqqisinə yardım edən dövlət təcrübənizi və yorulmaz səylərinizi yüksək qiymətləndirirəm. Avropa və Avratlantik strukturlarla qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi sahəsində Azərbaycan siyasətinin həyata keçirilməsində mühüm rolunuzu alqışlayıram və bu sahədə mənim dəstəyimə arxalana bilərsiniz.
Zati-aliləri, ən dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Georgi PIRVANOV Bolqarıstan Respublikasının Prezidenti
Sofiya, 24 dekabr 2010-cu il
{nl}
***
{nl}
Zati-aliləri!
Ad gününüz münasibətilə ən xoş təbriklərimi və cansağlığı, şəxsi səadət, gələcək fəaliyyətinizdə müvəffəqiyyət kimi səmimi arzularımı qəbul etməyinizi xahiş edirəm.
Fürsətdən istifadə edərək Latviya və Azərbaycan arasında mövcud olan səmimi dostluq əlaqələrini yüksək dəyərləndirdiyimi Sizə bildirir və yüksək ikitərəfli münasibətlərin davamını, həmçinin xalqlarımızın rifahı naminə Sizinlə sıx əlaqədə işləməyimi səmimiyyətlə arzulayıram.
Zati-aliləri, Sizi yaxın vaxtlarda Riqada görmək arzusu ilə ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Valdis ZATLERS Latviya Respublikasının Prezidenti
Riqa, 24 dekabr 2010-cu il
{nl}
***
{nl}
Zati-aliləri!
İcazə verin, ad gününüz münasibətilə Sizə ürəkdən gələn ən səmimi təbriklərimi yetirim. Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Tam əmin olduğumu bildirirəm ki, Sizin təcrübəniz gələcəkdə də Azərbaycan Respublikasının uğurlu inkişafına, habelə ölkənizin beynəlxalq aləmdə rolunun möhkəmlənməsinə kömək edəcəkdir.
İcazə verin, fürsətdən istifadə edərək, bir daha ümidvar olduğumu bildirim ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud olan ənənəvi dostluq münasibətləri, qarşılıqlı anlaşma və səmərəli əməkdaşlıq ölkələrimizin xalqlarının tərəqqisi və rifahı naminə bundan sonra da güclənəcəkdir.
Səmimi hörmətlə,
Mixay GİMPU Moldova Respublikası Prezidentinin vəzifəsini icra edən
Kişinyov, 24 dekabr 2010-cu il
{nl}
***
{nl}
Hörmətli İlham Heydər oğlu!
Sizi ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Sizin şəxsinizdə Azərbaycanın geniş təfəkkürü peşəkarlıqla, müdrikliyi ali insani keyfiyyətlərlə özündə birləşdirən rəhbəri vardır. Əmin etmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti vəzifəsində Sizin fəaliyyətiniz bundan sonra da xalqlarımız arasında dostluq münasibətlərinin və qarşılıqlı anlaşmanın inkişafına və möhkəmlənməsinə kömək edəcəkdir.
Möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyimi və ən xoş arzularımı qəbul edin.
Maqomedsalam MAQOMEDOV Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti
Mahaçqala, 23 dekabr 2010-cu il
{nl}
***
{nl}
Hörmətli İlham Heydər oğlu!
Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edirəm!
Uzun illərdir Siz bütün gücünüzü, təcrübənizi və biliyinizi Azərbaycan Respublikasının tərəqqisinə sərf edərək planları məharətlə real işlərə çevirirsiniz.
Sizin yüksək peşəkarlığınız, məqsədyönlü fəaliyyətiniz respublikanın sosial-iqtisadi inkişafını, əhalinin həyat səviyyəsinin və rifahının yüksəlməsini təmin edir.
Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, məsuliyyətli dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Hörmətlə,
Yunusbek YEVKUROV, Rusiya Federasiyası İnquşetiya Respublikasının Prezidenti
Maqas, 24 dekabr 2010-cu il
{nl}
***
{nl}
Hörmətli İlham Heydər oğlu!
Bu xoş gündə səmimi təbriklərimizi, möhkəm cansağlığı və əmin-amanlıq arzularımızı qəbul edin.
Azərbaycan Respublikasının və Müstəqil Dövlətlər Birliyinin rifahı naminə uzun illər səmərəli fəaliyyət göstərməyinizi diləyirik.
Hörmətlə,
Arsen KANOKOV Rusiya Federasiyası Kabardin-Balkar Respublikasının Prezidenti
Nalçik, 23 dekabr 2010-cu il
{nl}
***
{nl}
Hörmətli İlham Heydər oğlu!
Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edirəm.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycan xalqının rifahı naminə məsuliyyətli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Əminəm ki, Rusiya-Azərbaycan əməkdaşlığının bundan sonra da möhkəmlənməsi və parlament xətti ilə konstruktiv dialoq ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Sergey MİRONOV Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri
Moskva, 20 dekabr 2010-cu il
{nl}
***
{nl}
Möhtərəm İlham Heydər oğlu!
Ad gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizə xas olan istedadlı rəhbər, əsl vətənpərvər keyfiyyətlərinizi səylə Azərbaycanın tərəqqisi və vətəndaşlarının rifahının yüksəlməsi naminə xidmət işinə yönəldirsiniz.
Azərbaycan Sizin rəhbərliyiniz altında fəal xarici siyasi xətt yeridir, dünya və regional səviyyəli mühüm problemlərin həllində etibarlı və konstruktiv tərəfdaş kimi çıxış edir.
Əminəm ki, Sizin gücünüz və enerjiniz, dövlət xadimi və siyasi xadim kimi təcrübəniz bundan sonra da mehriban qonşuluğun və strateji tərəfdaşlığın inkişafına, Müstəqil Dövlətlər Birliyi məkanında inteqrasiya proseslərinin və qarşılıqlı fəaliyyətin genişlənməsinə xidmət edəcəkdir.
Fürsətdən istifadə edərək, Müstəqil Dövlətlər Birliyinin fəaliyyətinə daim diqqət yetirdiyinizə, MDB-nin möhkəmlənməsinə və inteqrasiya proseslərinin gələcək inkişafına yönəlmiş ardıcıl və konstruktiv siyasət yeritdiyinizə görə Sizə səmimi minnətdarlığımı bildirirəm.
Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, əmin-amanlıq və çoxşaxəli dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.
Dərin hörmətlə,
Sergey LEBEDEV MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib
Minsk, 24 dekabr 2010-cu il
{nl}
***
{nl}
Möhtərəm İlham Heydər oğlu!
Ad gününüz münasibətilə MDB-nin üzvü olan dövlətlərin Parlamentlərarası Assambleyasının Şurası adından ən səmimi təbrikləri qəbul edin.
Cənab Prezident, Sizin rəhbərliyiniz altında Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xətti uğurla davam etdirilir.
MDB Parlamentlərarası Assambleyasının Şurası, ölkələrimizin deputatları Sizin Birliyin gələcək inkişafına yönəlmiş fəal mövqeyinizi və fəaliyyətinizi yüksək qiymətləndirirlər.
Sizə - görkəmli dövlət xadiminə və siyasi xadimə möhkəm cansağlığı, Azərbaycan Respublikasının tərəqqisi və rifahı naminə yaradıcı əməyinizdə uğurlar, Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayırıq.
Bakıda Sizinlə görüşümüzə görə səmimi minnətdarlığımızı qəbul edin.
Dərin hörmətlə,
Mixail KROTOV MDB Parlamentlərarası Assambleyası Şurasının sədri
Sankt-Peterburq, 21 dekabr 2010-cu il
{nl}
***
{nl}
Zati-aliləri!
Zati-alinizin ad günü münasibətilə BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı adından və şəxsən öz adımdan Sizə təbriklərimizi çatdırır və ən xoş arzularla xoşbəxtlik, Azərbaycan Respublikasının xalqına isə sülh və rifah diləyirəm.
Ən yüksək hörmət və ehtiramla,
Jak DİUF BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.