Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

 

Rusiya Federasiyası Səhiyyə Nazirliyinin “Akademik Q.A.İlizarov adına Bərpa Travmatologiyası və Ortopediya Elmi Mərkəzi” Federal Dövlət Büdcə Müəssisəsinin müdiriyyəti Sizi 55 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir.

Sizin üçün əlamətdar olan bu gündə İlizarov İnstitutunun taleyində ailənizin rolunu xüsusi vurğulamaq istərdik. Bu il biz üç yubileyi qeyd etmişik: Qavriil Abramoviç İlizarovun anadan olmasının 95 illiyi, İlizarov Mərkəzinin yaradılmasının 45 illiyi və ortopediyada inqilabi metodun 65 illiyi. Fərəhlə qeyd etmək istəyirəm ki, 1986-cı ilin noyabr ayında Heydər Əlirza oğlu Əliyevin və Qavriil Abramoviç İlizarovun Kurqanda görüşü İlizarov Mərkəzinin təşəkkülü tarixində əsas mərhələlərdən biri olub. SSRİ Nazirlər Soveti sədrinin birinci müavininin səfəri Kurqan klinikasının inkişafına təkan verdi, Heydər Əliyev bu mərkəz üçün bir sıra mütərəqqi tədbirlərin təşəbbüsçüsü oldu, xaricdən gələn pasiyentlər axını sürətlə artdı, dünyanın hər yerindən həkimlər Kurqan klinikasının təcrübəsini öyrənmək üçün buraya gəlməyə başladılar, dəyişikliklər texniki təchizata da təsir etdi – İlizarov Mərkəzinin tibbi avadanlıq arsenalı həmin dövr üçün ən mütərəqqi yeniliklərlə zənginləşdi. Geriyə nəzər salanda əminliklə demək olar ki, Sizin atanızın səfəri Rusiya Bərpa Travmatologiyası və Ortopediya Elmi Mərkəzinin bütün tarixi ərzində ən məhsuldar və əhəmiyyətli səfərlərdən biri olub.

Ortopediya dahisi, akademik Q.A.İlizarov Azərbaycanın Qusar kəndində keçmiş uşaqlıq illərini, həkim olmaq barədə taleyüklü qərar qəbul etdiyi yerləri səmimiyyətlə xatırladığı kimi, biz də keçmiş haqqında xatirələri qayğı ilə qoruyub saxlayırıq.

Bu əlamətdar gündə İlizarov Mərkəzinin bütün kollektivi adından Sizə ali dövləti fəaliyyətinizdə zəfərlər, cəsarətli təşəbbüslər, tükənməz enerji, mənəvi qüvvə və firavanlıq arzu edirəm.

 

Hörmətlə,

Aleksandr Qubin
Rusiya Federasiyası Səhiyyə Nazirliyinin
“Akademik Q.A.İlizarov adına Bərpa Travmatologiyası
və Ortopediya Elmi Mərkəzi” Federal Dövlət Büdcə Müəssisəsinin direktoru,
tibb elmləri doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında