Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Bakıda keçirilən Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransının 23-cü ildönümü münasibətilə Sizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram.

Azərbaycan qlobal enerji təchizatında olduqca mühüm rolunu oynamaqda davam edir və regional səviyyədə təchizatın şaxələndirilməsini, bazardakı rəqabəti, eləcə də enerji təhlükəsizliyini artırmaq kimi ümumi məqsədimizə münasibətdə etibarlı tərəfdaşdır. Bugünkü şəraitdə enerji təchizatının şaxələndirilməsi həmişəki kimi əhəmiyyətli olaraq qalır. Ötən il ərzində Azərbaycan və onun tərəfdaşları “Cənub Qaz Dəhlizi”nin reallığa çevrilməsində böyük tarixi mərhələlərə nail olmuşlar. Azərbaycan ilə onun beynəlxalq tərəfdaşları arasında davamlı əməkdaşlıq həmin mühüm layihənin başa çatdırılmasını təmin edəcək, Birləşmiş Ştatlar isə beynəlxalq tərəfdaşlarımızla birgə buna yardım etməyə hazırdır və “Cənub Qaz Dəhlizi”nin əhəmiyyətini vurğulamaqda davam edir.

Mən “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi məqsədilə göstərdiyiniz səyləri alqışlayıram və Azərbaycanın tam potensialına nail olmaqda, o cümlədən şaxələndirilmiş iqtisadiyyatı təşviq etməkdə, sərmayə mühitini təkmilləşdirməkdə, hesabatlığı və qanunun aliliyini gücləndirməkdə və nəhayət, Azərbaycan xalqının yaşayış standartlarını yaxşılaşdırmaqda atdığınız davamlı addımlarınızı dəstəkləyirəm. Birləşmiş Ştatlar Azərbaycanın sadiq tərəfdaşı olaraq qalır.

Səmimiyyətlə,

Barak OBAMA
Amerika Birləşmiş Ştatlarının Prezidenti

 



Ülyahəzrətin hökuməti adından Zati-aliləri Prezident İlham Əliyevi və Azərbaycan xalqını XXIII “Xəzər Neft və Qaz” sərgi və konfransı münasibətilə təbrik etmək istəyirəm.

Mən ölkələrimiz arasında davamlı güclü ikitərəfli münasibətləri alqışlayıram.

Məmnunam ki, Birləşmiş Krallığın şirkətləri Azərbaycanın karbohidrogen sektorunun davamlı inkişafında mühüm rol oynayırlar.

Azərbaycanın enerji resursları Avropa və dünya iqtisadiyyatında, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq.

Hökumətim qlobal enerji təhlükəsizliyi məsələlərinə böyük önəm verir. “Cənub Qaz Dəhlizi” Avropa İttifaqının qaz bazarının şaxələndirilməsində və beləliklə, Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayacaq.

Mən Azərbaycan hökumətini “Cənub Qaz Dəhlizi”nin inkişaf etdirilməsində oynadığı rolu ilə bağlı təbrik edirəm və Trans-Adriatik boru kəmərinin mayın 17-də təməlqoyma mərasimini alqışlayıram. Bu, “Cənub Qaz Dəhlizi”nin cədvələ uyğun çəkilməsində növbəti mühüm hadisədir.

Məmnunluq və fərəh hissi ilə qeyd edirəm ki, BP və Birləşmiş Krallığın təchizat şirkətləri layihənin həyata keçirilməsində əsas rol oynayırlar.

Mən bütün tərəfdaşlara gələn bir çox illər ərzində sabit enerji mənbəyinin təmin edilməsində göstərdikləri səylərdə uğurlar arzulayıram.

Fürsətdən istifadə edərək, builki “Xəzər Neft və Qaz” sərgisinin bütün iştirakçılarına şəxsən ən xoş arzularımı çatdırıram.

Ümid edirəm ki, Sizin hamınızı uğurlu həftə gözləyir.

Sağ olun.

Devid KEMERON
Böyük Britaniya və Şimali İrlandiya 
Birləşmiş Krallığının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında