Hörmətli cənab Prezident!
Sizi və Azərbaycan xalqını dünyada əhalisinin əksəriyyəti müsəlman olan ilk dünyəvi demokratik dövlətin yaranmasının 98-ci ildönümü münasibətilə Amerika Birləşmiş Ştatları adından təbrik edirəm. Həmçinin Sizi qarşıdan gələn əlamətdar hadisə - Azərbaycanın müstəqilliyinin yenidən bərpa olunmasının 25 illiyi münasibətilə təbrik edirəm.
Azərbaycan son 25 ildə, xüsusilə, Avropanın enerji şaxələndirilməsini və təhlükəsizliyini dəstəkləyən enerji lideri kimi böyük uğur qazanıb. Biz terrorçuluğa qarşı mübarizə səyləri də daxil olmaqla, Azərbaycanın təhlükəsizlik üzrə əməkdaşlığını yüksək qiymətləndirir və Azərbaycan ilə birlikdə NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək Missiyasında xidmət etməkdən şərəf duyuruq. Azərbaycan bütün vətəndaşları üçün təhlükəsizlik, firavanlıq və ifadə azadlığını daha da möhkəmləndirdikcə biz ona yardım etməyə hazırıq. Biz, həmçinin ölkənizin və qonşularının əmin-amanlıq və sabitlik şəraitində yaşamaları üçün Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Azərbaycan ilə işləməyə davam edəcəyik.
Azərbaycanın və Birləşmiş Ştatların xalqları sıx əlaqələrə malikdir. Biz mədəni, siyasi və iqtisadi əlaqələrimizin daha da möhkəmləndirilməsini arzu edirik.
Cənab Prezident, xahiş edirəm Respublika Günü münasibətilə ən xoş arzularımı qəbul edin.
Səmimiyyətlə,
Barak OBAMA
Amerika Birləşmiş
Ştatlarının Prezidenti
Zati-aliləri!
Azərbaycanın milli bayramı–Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi, zati-alinizə xoşbəxtlik və xalqınıza rifah arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.
Hörmətlə,
AKİHİTO
Yaponiyanın İmperatoru
Zati-aliləri!
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi İspaniya xalqı və Hökuməti adından təbrik edirəm.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına sülh və firavanlıq arzu edir, zati-alinizə dərin ehtiramımı bildirirəm.
Hörmətlə,
VI FELİPE
İspaniyanın Kralı
Zati-aliləri!
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə İsveçrə Konfederasiyası Federal Şurası adından səmimi təbriklərimizi çatdırır, zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, ölkənizə inkişaf, əmin-amanlıq və rifah arzu edirik.
Əminəm ki, ölkələrimiz arasındakı qarşılıqlı hörmət və dostluq əlaqələri qarşıdakı illərdə daha da möhkəmlənəcək.
Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin.
Hörmətlə,
Yohan ŞNAYDER-AMMAN
İsveçrə Konfederasiyasının Prezidenti
Hörmətli cənab Prezident!
Milli bayramınız - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Müstəqillik illərində inkişafın strateji istiqamətlərində mühüm uğurların əldə olunması Azərbaycan Respublikasının regional liderliyinin və nüfuzunun gələcəkdə də beynəlxalq arenada gücləndirilməsi yolunda inamlı tərəqqisinin göstəricisidir.
Ukrayna Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında nizamlanmasına dair ardıcıl və qətiyyətli mövqeyə malikdir. Ölkəmiz, həmçinin Ukraynanın ərazi bütövlüyü məsələsində Azərbaycan Respublikasının dəstəyini yüksək qiymətləndirir.
Əminəm ki, ikitərəfli səmərəli əməkdaşlığımız gələcəkdə də ölkələrimizin rifahı üçün dostluq və qarşılıqlı hörmət ruhunda inkişaf edəcək, cari ildə Ukrayna və Azərbaycan Prezidentləri Şurasının növbəti iclasının keçirilməsi isə ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin praktiki müstəvidə həyata keçirilməsinə yeni təkan verəcək.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, ali dövləti fəaliyyətinizdə Sizə yeni uğurlar, dost Azərbaycan xalqına sülh, həmrəylik və firavanlıq diləyirəm.
Hörmətlə,
Petro POROŞENKO
Ukraynanın Prezidenti
Zati-aliləri!
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, ölkənizə xoş arzularımla birgə rifah və sülh diləyirəm.
Mən son illər ərzində Latviya ilə Azərbaycan arasında intensiv dostluq əlaqələrinin inkişafını görməkdən məmnunluq duyuram və bunu möhkəmləndirmək üçün Sizinlə birgə işləyəcəyimə əmin ola bilərsiniz.
Zati-aliləri, xahiş edirəm, Latviya xalqı adından və şəxsən öz adımdan ən yüksək ehtiramımı qəbul edin.
Hörmətlə,
Raymonds VEYONİS
Latviya Respublikasının Prezidenti
Hörmətli cənab Prezident!
Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Ölkənizə davamlı inkişaf, çiçəklənmə və əmin-amanlıq arzu edirəm.
Bu xoş fürsətdən istifadə edərək, Litva ilə Azərbaycan arasında müsbət dialoqun, həmçinin ikitərəfli səviyyədə və Avropa İttifaqı çərçivəsində əməkdaşlığın vətəndaşlarımızın ümumi rifahının, təhlükəsizliyinin mühüm və qarşılıqlı səmərəli
təminatı kimi davam edəcəyinə olan güclü inamımı ifadə etmək istərdim.
Cənab Prezident, icazə verin, bir daha Respublika Günü münasibətilə təbriklərimi çatdırım.
Xahiş edirəm, ən dərin ehtiramımı və Litva xalqının ən xoş arzularını qəbul edin.
Hörmətlə,
Dalya QRİBAUSKAYTE
Litva Respublikasının Prezidenti
Zati-aliləri!
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına bu əlamətdar gün münasibətilə rifah və tərəqqi arzu edirəm.
Bu xoş fürsətdən istifadə edib, Sizə böyük hörmət və ehtiramımı bildirirəm.
Dərin hörmət və ehtiramla,
Əbdülfəttah əs-SİSİ
Misir Ərəb Respublikasının Prezidenti
Hörmətli cənab Prezident!
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə İsrail xalqı və hökuməti adından mənim səmimi təbriklərimi qəbul edin.
İsrail Azərbaycan ilə əlaqələrinə yüksək dəyər verir. Diplomatik əlaqələrin yaranmasının 24 ili ərzində biz həqiqi dostluq və qarşılıqlı maraqlara əsaslanan güclü, strateji tərəfdaşlıq münasibətləri yaratmışıq. Sizin rəhbərliyiniz ilə ölkələrimiz arasında münasibətlər yeni səviyyəyə yüksəlib. Əminəm ki, ölkələrimizin əməkdaşlıq əlaqələri daha da genişlənəcək. Ümidvaram ki, razılaşdığımız kimi, bu il ərzində Azərbaycanda görüşə biləcəyik.
Zati-aliləri, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü müstəqilliyiniz bərpa ediləndən bəri ölkənizin qazandığı nailiyyətlərin qeyd edilməsi üçün yaxşı imkandır. Bu əlamətdar gündə mən ölkələrimiz arasındakı dostluğa sadiqliyimi bir daha təsdiq edirəm. Sizə, ailənizə və xalqınıza rifah, uğur və davamlı inkişaf diləyirəm.
Səmimiyyətlə,
Benyamin NETANYAHU
İsrailin Baş naziri
Zati-aliləri!
Milli bayramınız - Respublika Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına UNESCO-nun adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Ölkənizin illər boyu UNESCO ilə əlaqələri gücləndirmək istiqamətindəki səylərini və beynəlxalq əməkdaşlığın inkişafında oynadığı mühüm rolu təqdir etmək istərdim. Cənab Prezident, xüsusilə, UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirakınıza görə Sizə ən dərin ehtiramımı bildirirəm. İcazə verin, Bakı Forumunun uğurlu iclasları üçün Azərbaycana bir daha ən səmimi minnətdarlığımı çatdırım.
Azərbaycanın mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə davamlı dəstəyi UNESCO-nun əsas mandatının inkişafına böyük töhfə verib. “Davamlı İnkişaf Proqramı - 2030" layihəsinin icrası mərhələsində bu dəstək daha böyük əhəmiyyət kəsb edir.
Əminəm ki, UNESCO-nun Azərbaycan ilə sıx əməkdaşlığı gələcəkdə də davam edəcək.
Zati-aliləri, xahiş edirəm, təbriklərimlə yanaşı, ən dərin ehtiramımı qəbul edəsiniz.
Hörmətlə,
İrina BOKOVA
UNESCO-nun baş direktoru
Möhtərəm İlham Heydər oğlu!
Dövlət bayramınız - Respublika Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Sizə möhkəm cansağlığı, əmin-amanlıq, Azərbaycanın hərtərəfli inkişafı və firavanlığı naminə ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.
Dərin hörmətlə,
Tatyana ANODİNA
Dövlətlərarası Aviasiya Komitəsinin sədri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.