Cənab Prezident, əziz qardaşım!
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına millətim adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.
Bu il müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd edən Azərbaycan dövlətlərin tarixi baxımından qısa bir müddətdə qədim tarixindən, mədəniyyətindən və ənənələrindən güc alaraq bütün sahələrdə gözqamaşdırıcı uğurlara nail olub. Gündən-günə daha da inkişaf edən və bölgədə olduğu kimi, qlobal miqyasda da önəmli bir ölkə mövqeyinə yüksələn Azərbaycanın bu uğurlarını məmnunluqla müşahidə edir və qürur duyuruq. Əminik ki, qətiyyətli və uzaqgörən liderliyiniz sayəsində qarşıdakı dövrdə də Azərbaycan bütün sahələrdə yeni nailiyyətlər əldə edəcək.
“Bir millət, iki dövlət” şüarı əsasında strateji müttəfiqlik səviyyəsinə çatdırdığımız əlaqələrimizin qarşılıqlı səfərlər və görüşlərlə yanaşı, beynəlxalq platformalarda da bir-birimizə verdiyimiz dəstəklə ən yüksək zirvəyə qalxması məmnunedicidir. Qarşıdakı dövrdə də iki qardaş dövlət olaraq sıx əməkdaşlığımızın genişlənməkdə davam edəcəyinə, regionumuzda, hətta bölgəmizdən kənarda da təhlükəsizlik, rifah və sabitliyə əhəmiyyətli töhfə verəcəyinə əminəm.
Milli bayramınız münasibətilə Zati-alinizə, əziz qardaşıma cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq və rifah diləklərimi bir daha ifadə edirəm.
Dərin hörmətlə,
Rəcəb Tayyib ƏRDOĞAN
Türkiyə Respublikasının Prezidenti
Hörmətli İlham Heydər oğlu!
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.
Sizin rəhbərliyinizlə həyata keçirilən, Azərbaycanın geniş potensialından istifadə olunmasına, xalqın rifahının yüksəldilməsinə və ölkənizin nüfuzunun beynəlxalq aləmdə möhkəmlənməsinə yönəlmiş islahatlar və dəyişikliklər siyasətini Özbəkistanda böyük diqqətlə izləyirlər.
Əminəm ki, Özbəkistan ilə Azərbaycan arasında möhkəm və sarsılmaz qarşılıqlı anlaşma, etimad və hörmət prinsiplərinə əsaslanan ənənəvi dostluq münasibətləri ölkələrimizin və xalqlarımızın mənafeyi və rifahı naminə bundan sonra da durmadan inkişaf edəcək.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, bütün işlərinizdə uğurlar arzulayır, qardaş Azərbaycan xalqına sülh və daha yüksək firavanlıq diləyirəm.
Hörmətlə,
İslam KƏRİMOV
Özbəkistan Respublikasının Prezidenti
Zati-aliləri!
Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə Moldova Respublikasının xalqı adından və şəxsən öz adımdan ən səmimi və hərarətli təbriklərimi çatdırmaqdan şərəf və xüsusi məmnunluq duyuram.
Bu xoş fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının bütün sahələrdə, xüsusən sosial və iqtisadi sferalarda qazandığı sanballı uğurları vurğulayaraq, bildirmək istəyirəm ki, bu nailiyyətlər dövlətinizin prioritet vəzifələri həyata keçirməyə istiqamətlənmiş məqsədyönlü siyasəti sayəsində mümkün olub.
Əminəm ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında dialoqun inkişafı, habelə mövcud qarşılıqlı hörmət gələcəkdə də ölkələrimizin və xalqlarımızın ənənəvi dostluq münasibətlərinin və qarşılıqlı əməkdaşlığının möhkəmlənməsi işinə əhəmiyyətli töhfələr verəcək.
Zati-aliləri, bu əlamətdar bayram münasibətilə Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə yeni uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm.
Hörmətlə,
Nikolaye TİMOFTİ
Moldova Respublikasının Prezidenti
Zati-aliləri!
Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırır, uğurlar, əmin-amanlıq və rifah arzu edirəm.
Cənab Prezident, xahiş edirəm, dərin ehtiramımı qəbul edin.
Hörmətlə,
Sauli NİİNİSTÖ
Finlandiya Respublikasının Prezidenti
Zati-aliləri!
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə İordaniya Haşimilər Krallığının xalqı və Hökuməti adından səmimi təbriklərimi çatdırmaqdan məmnunam.
Cənab Prezident, ölkənizə və xalqınıza davamlı inkişaf və tərəqqi arzularımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
II ABDULLAH
İordaniyanın Kralı
Zati-aliləri!
Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizi və Sizin şəxsinizdə Azərbaycan xalqını Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına firavanlıq diləyir, ölkələrimiz arasındakı münasibətlərin qarşıdan gələn illərdə daha da inkişaf etməsini arzulayıram.
Hörmətlə,
Şeyx Təmim bin Həməd Al TANİ
Qətər Dövlətinin Əmiri
Zati-aliləri, əziz qardaşım!
Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır, Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzu edir, Azərbaycan xalqına isə Sizin rəhbərliyiniz ilə tərəqqi və firavanlıq diləyirəm.
Bu xoş fürsətdən istifadə edərək, xalqlarımız arasındakı möhkəm qardaşlıq əlaqələrinə, həmçinin ölkələrimizin sıx əməkdaşlığına yüksək dəyər verdiyimi bir daha qeyd etmək istəyirəm.
Mən İslam ümmətinin, eləcə də xalqlarımızın ortaq maraqlarına xidmət etmək, münasibətlərimizi dərinləşdirmək, əlaqələrimizi daha da gücləndirmək istiqamətində birgə səylərimizin davam edəcəyinə əminəm.
Hörmətlə,
VI MOHAMMED
Mərakeşin Kralı
Hörmətli cənab Prezident!
Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizi, qardaş Azərbaycan xalqını və Hökumətini Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Allah-Taaladan Sizə, ölkənizə və xalqınıza tərəqqi, xoşbəxtlik və rifah diləyirəm. Xalqlarımızı birləşdirən möhkəm qardaşlıq əlaqələrinə dərin inamımızı ifadə edir, bu əlaqələrin inkişafından, ölkələrimiz üçün faydalı olan və ortaq məqsədlərimizə xidmət naminə aramızdakı qarşılıqlı əməkdaşlığın gücləndirilməsindən sonsuz məmnunluq duyuram.
Zati-aliləri, müstəqil Fələstin Dövlətinin yaradılmasına qardaşlıq dəstəyinizi yüksək qiymətləndirir və təşəkkür edirik.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzu edirəm. Xahiş edirəm ən səmimi təbriklərimi qəbul edəsiniz.
Hörmətlə,
Mahmud ABBAS
Fələstin Dövlətinin Prezidenti,
Fələstin Azadlıq Təşkilatı
İcraiyyə Komitəsinin sədri
Cənab Prezident, əziz qardaşım!
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizi hökumətim adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
İqtisadiyyat və müdafiə sahələri başda olmaqla 25 illik qısa müddətdə Azərbaycan etdiyi güclü sıçrayışla təqdirəlayiq səviyyəyə çatıb. Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olaraq, göz qamaşdıran uğurlarınızı təqdir edir və qürurla izləyirik.
Tarixi və qardaşlıq münasibətlərimizə əsaslanaraq strateji müttəfiqlik səviyyəsinə çatan əlaqələrimizin qarşılıqlı səfərlər və görüşlərlə daha yüksək səviyyəyə qalxdığını, sıx əməkdaşlığımızın regional rifaha və sabitliyə də müsbət təsir etdiyini məmnunluqla müşahidə edirik.
Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə bir daha cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq və rifah arzulayıram.
Dərin hörmətlə,
Binəli YILDIRIM
Türkiyə Respublikasının Baş naziri
Zati-aliləri!
Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi salamlarımı və təbriklərimi çatdırıram.
Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və uğurlar, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzu etməkdən məmnunluq hissi duyuram.
Ən yüksək ehtiramlarımla,
Abdullah bin Nasser bin
Xəlifə Al TANİ
Qətər Dövlətinin Baş naziri
və daxili işlər naziri
Zati-aliləri!
Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə xoş arzularımla birgə ən səmimi salamlarımı və təbriklərimi çatdırır, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə daha böyük inkişaf və çiçəklənmə arzu edirəm.
Dərin ehtiramla,
Abdullah bin Həməd Al TANİ
Qətər Dövləti Əmirinin müavini
Hörmətli cənab Prezident!
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, ölkənizə və xalqınıza isə tərəqqi arzulayıram.
Zati-alinizin səyahət və turizm sənayesinə şəxsən göstərdiyi dəstək dövlətinizin turizmə sosial və iqtisadi inkişafın bir istiqaməti kimi baxdığının və Azərbaycanın dünya turizm arenasında güclü brend kimi təşəkkül tapmasına önəm verdiyinin təzahürüdür.
Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatı ilə Azərbaycan arasında yüksək münasibətlərin gələcək illərdə də inkişaf edəcəyinə əmin ola bilərsiniz.
Cənab Prezident, Sizi bir daha təbrik edir və ən yüksək ehtiramımı çatdırıram.
Hörmətlə,
Taleb RİFAİ
Birləşmiş Millətlər Ümumdünya
Turizm Təşkilatının baş katibi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.