Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi adından Dağlıq Qarabağda dondurulmuş münaqişədə son hərbi gərginlik nəticəsində Azərbaycanın mülki əhalisinin və hərbçilərinin həyatlarını itirməsi ilə əlaqədar bizim dərin kədərimizi və başsağlığımızı qəbul etməyinizi xahiş edirik.

Biz beynəlxalq ictimaiyyətə qoşularaq 1994-cü ildən davam edən atəşkəsin pozulması ilə bağlı dərin üzüntümüzü və sarsıntımızı bildiririk və Azərbaycanı bütün mümkün tədbirləri görməklə hərbi gərginliyi aradan qaldırmağa çağırırıq. Hazırkı vəziyyət bütün regionun stabilliyinə təhlükə yaradır və arzuolunmaz üçüncü tərəfin münaqişəyə qarışması problemin davamlı təhlükəliliyini saxlayır.

Biz ATƏT və Minsk qrupunun üzvləri ilə bütün diplomatik vasitələrdən istifadə etməklə təcili olaraq atəşkəsə əməl etməyə və beynəlxalq səviyyədə hər bir vasitədən istifadə olunmaqla, Azərbaycanın ərazi bütövlüyünə yönələn gələcək hücumların qarşısının alınmasına çağırırıq. 

Dağlıq Qarabağ münaqişəsinin davamlı və sülh yolu ilə həll edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün vasitə olaraq qalır. Beynəlxalq hüququn kobud şəkildə pozulmasına baxmayaraq, Sizdən qəsdən törədilən, təhlükəli gərginlik yaratmaq üçün bəhanə kimi istifadə edilə bilən təxribatlara cavab verməməyinizi xahiş edirik.

Cənab Prezident, xahiş edirik kədərimizlə yanaşı, Sizə olan hörmətimizi və ehtiramlarımızı qəbul edəsiniz.

Hörmətlə,
Vayra VİKE-FREYBERQA,
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1999-2007-ci illərdə Latviyanın Prezidenti

İsmail SERAGELDİN,
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,
Misirin İsgəndəriyyə Kitabxanasının direktoru

Peter STOYANOV,
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə heyətinin üzvü,
1997-2002-ci illərdə  Bolqarıstanın Prezidenti

Boris TADİÇ,
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
İdarə heyətinin  üzvü,
2004-2012-ci illərdə Serbiyanın Prezidenti

Stepan MESİÇ
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
İdarə heyətinin üzvü,
2000-2010-cu illərdə Xorvatiyanın Prezidenti

Emil KONSTANTİNESKU
Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin İdarə heyətinin  üzvü,
1996-2000-ci illərdə Rumıniyanın Prezidenti

Viktor YUŞENKO
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü,
2005-2010-cu illərdə Ukraynanın Prezidenti

Recep MEYDANİ
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü,
1997-2002-ci illərdə Albaniyanın Prezidenti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında