Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Serbiya Respublikasının xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi, ölkənizin tərəqqisi və xalqınızın rifahı naminə ən gözəl arzularımı çatdırmaqdan şərəf duyuram.

Əminəm ki, birgə səylərimiz nəticəsində Serbiya ilə Azərbaycan arasında mövcud olan, ənənəvi dostluq və qarşılıqlı anlaşmaya əsaslanan əməkdaşlıq münasibətləri hər iki ölkənin xalqlarının rifahı naminə daha da inkişaf edəcək.

Bizə xalqlarımız arasında mövcud olan dostluq münasibətlərini möhkəmləndirmək və Serbiya-Azərbaycan  əməkdaşlıq əlaqələrini inkişaf etdirmək üzrə öhdəliklərimizi bir daha  təsdiq etmək şansı verəcək Avropa Oyunlarının açılışı ilə bağlı Bakıda baş tutacaq görüşümüzü  səbirsizliklə gözləyirəm.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, xoşbəxtlik diləklərimi və ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Tomislav NİKOLİÇ
Serbiya Respublikasının Prezidenti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında