Türkiyə Respublikasının Baş naziri zati-aliləri cənab Əhməd Davudoğluna

Hörmətli cənab Baş nazir!

Qardaş Türkiyənin milli bayramı - Respublika Günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

Xalqlarımızı birləşdirən möhkəm dostluq və qardaşlıq hissləri bu gün dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsində və real məzmununda özünü əyani şəkildə nümayiş etdirməkdədir.

Əminəm ki, birliyimizin və müttəfiqliyimizin bariz ifadəsi olan sıx qarşılıqlı fəaliyyətimiz, həyata keçirdiyimiz irimiqyaslı layihələr bundan sonra da ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim sülh və tərəqqi diləyirəm.

Hörmətlə,

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 25 oktyabr 2014-cü il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında